Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA

Azərbaycanda marketlərdə yararlılıq müddəti bitmiş və keyfiyyətsiz ərzaq məhsullarının aşkarlanması ilə bağlı hallar hələ də gündəmdədir. AQTA-nın son monitorinqləri də problemin tam aradan qalxmadığını göstərir. Ölkə üzrə yoxlanılan 79 ərzaq bazarının 42-də vəziyyət qeyri-qənaətbəxş qiymətləndirilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əsas problemlərdən biri vaxtı keçmiş məhsulların satışdan çıxarıldıqdan sonra taleyinin tam şəffaf olmamasıdır. Onun fikrincə, belə məhsulların geri qaytarılması və məhv edilməsi prosesi daha ciddi nəzarətdə saxlanmalıdır.

Bəs problem niyə hələ də qalır?

Ekspertlərin fikrincə, yalnız reyd və cərimələrlə nəticə əldə etmək çətindir. Marketlərdə məhsulların son istifadə tarixlərinə elektron nəzarət gücləndirilməli, müddəti bitən məhsulların kassadan keçirilməsi avtomatik bloklanmalı, satışdan çıxarılan məhsulların məhv edilməsi isə sənədlə və nəzarət altında həyata keçirilməlidir.


Yəni əsas həll yolu vaxtı keçmiş məhsulu rəfdə aşkarlamaq yox, onun ümumiyyətlə rəfə çıxmasının qarşısını almaqdır. AQTA-nın nəzarəti ilə yanaşı, marketlərin daxili məsuliyyəti də artırılmalıdır.


ANZ.AZ

Tarix: Dünən, 09:18
Xəbəri paylaş



Xəbər lenti