Bu ölkələr Rusiyanı potensial təhlükə kimi qiymətləndirir-TƏHLİL







Estoniya Rusiya ilə sərhəd boyunca tank əleyhinə xəndəklər yaradır. Bundan başqa, Finlandiya da 1340 km-lik Rusiya sərhədi boyunca artilleriya sistemləri yerləşdirir.
Estoniya xarici işlər naziri Marqus Tsaxna deyib ki, Estoniya Rusiyadan Baltikyanı ölkələrə və ya NATO-ya hücum təhdidi görmür. “Bu cür açıqlamalar kəşfiyyatın qiymətləndirməsinə uyğun gəlmir. Rusiyanın NATO və ya Baltikyanı ölkələrə hücum üçün qoşunlarını cəmləşdirdiyini və ya hər hansı hərbi hazırlıq gördüyünü müşahidə etmirik”, - deyə nazir bildirib.
Rusiyanın Baltik ölkələrinə hücum etməyəcəyi aydındır. Bunu Estoniya və Finlandiya da bilir. Bununla belə, bu ölkələr Rusiyanı potensial təhlükə kimi qiymətləndirir. 
Ümumiyyətlə, Rusiyanın Ukraynaya hücumundan sonra bir çox ölkə kimi Finlandiya və Estoniya da təhlükəsizlik baxışlarını dəyişib. Əslində görülən hazırlıqlar klassik hərbi hazırlıqdır. Tank əleyhinə xəndək, istehkam, sərhəd müdafiəsi — bunlar müharibə başladıqdan sonra yox, əvvəlcədən qurulur ki, ilk zərbə zamanı ölkə tez çökməsin. 
Həm Finlandiya, həm də Estoniya NATO ölkələridir. Hər ikisi alyansın Rusiya ilə sərhədində yerləşir və ehtimal qarşıdurma zamanı ilk hədəf ola biləcək ölkələr sırasında göstərilir. Buna görə də NATO sərhəd ölkələri olaraq bu dövlətlərin öz ərazilərini “ilk müdafiə xətti” kimi gücləndirməsi strateji baxımdan vacib hesab olunur.
Qısası, bu addımlar hazırkı vəziyyət yox, gələcəkdə baş verə biləcək ssenarilərə hazırlıq mahiyyətidir.
Müəllif: Turan Rzayev,

AXS.az




Tarix: Bu gün, 13:51
Xəbəri paylaş



Xəbər lenti