Rumen Radev maraqlı şəxsdir. Bolqarıstan

2007-ci ildə Avropa İttifaqına (Aİ)

qoşulub, bu ilin yanvar ayında avronu valyuta kimi qəbul etsə də, seçkilərdə qələbə qazanan Radev solçu və avroskeptikdir. Bundan başqa, onun Rusiya

ilə yaxşı münasibətləri var. Məsələn, Radev Aİ-nin Moskva ilə əlaqələri bərpa etməsini dəstəkləyir, hətta Ukraynaya

silah verilməsini tənqid edib. O, həmçinin mart ayında Bolqarıstanla Ukrayna arasında imzalanan 10 illik müdafiə müqaviləsinə qarşı çıxıb. Bu tutumu səbəbi ilə tənqidçilər tərəfindən həddindən artıq Rusiyapərəst olmaqda ittiham olunur. Hətta Radevi Bolqarıstanın Viktor Orbanı belə adlandıranlar var. Onu da deyim ki, Bolqarıstan seçkiləri 16 illik hakimiyyətdən sonra ötən həftə Viktor Orbanın Macarıstanda

məğlubiyyətindən sonra baş tutub.