AAYDA-nın iki idarə rəisi vəzifədən azad edilib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifədən azad edilib.

AXS.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı qurumun İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi postundan azad ediliblər.

Saytın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün aprelin 14-də AAYDA-nın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. A.Nəcəfli xəbəri dəqiqləşdirib məlumat verəcəyini bildirsə də, sonradan mesajlara cavab verməyib və zəngləri açmayıb.

Belə olduğu halda saytın əməkdaşı faktın dəqiqləşdirilməsi üçün (012) 599-79-75 nömrəli xüsusi telefon xətti (“Çağrı Mərkəzi”) ilə əlaqə saxlayıb. Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.

Tarix: Dünən, 12:56
Xəbəri paylaş



Xəbər lenti