
Azərbaycanda siyasi gündəmin əsas mövzularından biri Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayına hazırlıqdır.
Bu mühüm toplantı yalnız təşkilati məsələ deyil, həm də partiya daxilində ciddi kadr və struktur dəyişikliklərinin anonsu kimi qiymətləndirilir. Qurultay ərəfəsində ən diqqətçəkən məqamlardan biri isə icra strukturlarında gözlənilən dəyişikliklərdir. Məlumatlara görə, partiyanın icra aparatının rəhbəri Tahir Nudaqov postunu itirə bilər. Bu, YAP daxilində aparılan yenilənmə siyasətinin ən mühüm addımlarından biri kimi dəyərləndirilir. Eyni zamanda, yerli təşkilatlarda da ciddi kadr islahatlarının aparılacağı gözlənilir. Xüsusilə bir sıra rayon və şəhər təşkilat sədrlərinin vəzifələrini itirməsi ehtimalı yüksək qiymətləndirilir. Bu siyahıda Muxtar Nağıyev (Səbail), Azər Süleymanov (Nəsimi), Tural Qasımlı (Şamaxı) kimi adlar xüsusi qeyd olunur. Bundan əlavə, bir neçə digər rayon təşkilatı sədrinin də dəyişdirilməsi gözlənilən qərarlar sırasındadır. Muxtar Nağıyevin YAP Səbail rayon təşkilatı sədrliyindən uzaqlaşdırılacağı ilə bağlı gəzən söz-söhbətlər isə çox fərqlidir. İddalara görə Muxtar Nağıyev rayon təçkilatının aparat üzüvüləri ilə yola getmədiyi kimi,hətta öz müavinləri ilə də küsülüdü. Eyni zamanda partiyanın ərazi partiya təşkilatları sədrlərindən müxtəlif tədbirlər adı altında müəyyən vəsaitlər toplamasıdı. Analitiklər hesab edir ki,YAP-ın yenilənməsi,müəyyən vəzifərlər tutan partiya üzvlərinin vəzifələrini itirmələri partiyanın daha çevik və müasir idarəetmə modelinə keçidi ilə bağlıdır. Uzun müddət vəzifədə qalan, lakin son dövrlərdə aktivliyi ilə seçilməyən kadrların dəyişdirilməsi YAP-ın daxili dinamikasını gücləndirmək məqsədi daşıyır. Digər tərəfdən, partiya daxilində gəncləşmə siyasətinin davam etdirilməsi də əsas prioritetlərdəndir. Yeni simaların önə çəkilməsi həm ictimai rəyi yeniləmək, həm də partiyanın gələcək inkişaf strategiyasını gücləndirmək üçün vacib hesab olunur. Bununla yanaşı, təcrübəli kadrların tamamilə kənarda qalacağı gözlənilmir. Onların daha çox strateji və məsləhətçi rollarda qalması mümkün ssenarilərdən biridir. Qarşıdan gələn qurultay YAP üçün sadəcə növbəti tədbir deyil, həm də ciddi transformasiya mərhələsinin başlanğıcı ola bilər. Kimlərin gedəcəyi, kimlərin qalacağı isə bu prosesin əsas intriqası olaraq qalır.
AXS.az