ABŞ-nin İranda gizli əməliyyatı - Vaşinqtondan Tehrana mesaj

ABŞ-nin İran ərazisində həyata keçirdiyi son əməliyyat beynəlxalq müstəvidə ciddi rezonans doğurub.

Politoloq Turan Rzayev bildirib ki, əməliyyat zamanı ABŞ-nin elit “SEAL Team 6” bölməsi İsfahanın cənubundakı dağlıq əraziyə gündüz saatlarında eniş edərək gizlənən pilotu uğurla təxliyə edib.

Ekspertin sözlərinə görə, bu əməliyyat ABŞ-ın İran ərazisində quru əməliyyatları keçirmək imkanına malik olduğunu göstərsə də, bunun genişmiqyaslı hərbi müdaxilə və ya iri şəhərlərə desant endirilməsi planı kimi qiymətləndirilməsi doğru deyil.

Politoloq vurğulayır ki, sözügedən əməliyyat xilasetmə xarakterli olub və bu tip missiyaların ardıcıl şəkildə təkrarlanması həm yüksək risk, həm də ciddi resurs yükü yaradır. Buna görə də belə əməliyyatlar yalnız zəruri hallarda həyata keçirilir.

Eyni zamanda, bu addımın Tehran üçün açıq mesaj olduğunu qeyd edən ekspert hesab edir ki, bununla İranı hərbi qüvvələrini daha geniş ərazilərə yaymağa məcbur edilir. Bu isə potensial qarşıdurma zamanı ABŞ üçün daha parçalanmış müqavimət mühiti yarada bilər.

O cümlədən siyasi şərhçi əlavə edib ki, Vaşinqton son ana qədər İran ilə total müharibədən və genişmiqyaslı quru əməliyyatlarından yayınmağa çalışacaq. Lakin belə bir ssenari baş verərsə, proses çoxmərhələli və kompleks hərbi əməliyyat modeli əsasında həyata keçirilə bilər

Müəllif: Turan Rzayev,

AXS.az

Tarix: 6-04-2026, 15:23
Xəbəri paylaş



Xəbər lenti