"Azərbaycan İsrailin ən yaxşı tərəfdaşıdır". Yaxşı, tərəfdaş olub nə etmişik?

"Azərbaycan İsrailin ən yaxşı tərəfdaşıdır".
Hər kəs ağızdolusu eyni sözü deyir: "Azərbaycan İsrailin ən yaxşı tərəfdaşıdır". Yaxşı, tərəfdaş olub nə etmişik? Bir tərəziyə qoyaq görək, Azərbaycan İsrail üçün bu vaxta qədər nə iş görüb, hansı çətinini aşırdıb?
Ən dar məqamda, dünyanın bizi blokladığı 90-cı illərdə İsrail bizə müdafiə üçün silah verdi. Deyəcəksiz pulla, başqasına satmır axı, bizə satıb ancaq. Rusun köhnə-kürüş töküntü silahlarını gəlib modernizasiya elədilər, qələbəmizdə payları var.
İsrail olmasa, işğal altında olan Qarabağı o qədər il blokadada saxlaya bilərdikmi? Yəhudilərə bağlı amerikalı senatorlar, avropalı deputatlar erməni tərəfinin tanınma cəhdlərini bir-bir bloklayırdı.
Erməni lobbisinin qabağında biz təkbaşına dözə bilərdikmi? Qarşı qoyacaq bir tək güc yəhudilərdə idi.
Bizim onlara yeganə "yaxşılığımız" neft-qaz satmaq olub. Satmaq. Yəni onlar alıcıdır, biz satıcı. Mən satmasaydım, gedib başqasından alacaqdı. Özü də bu ticarət 2006-cı ildən başlayıb. İndi onlar bizdən neft alır deyə biz onlara yaxşılıq etmiş sayılırıq?
İsrail 1948-ci ildən bıri dünyada at oynadır. Azərbaycan nefti olmayanda batırdılar bəyəm? Təyyarələri uçmurdu? Bizdən dörd dəfə balaca ölkədir, iki tanker neft tapmaq onlar üçün nə dərddir ki? Amerika, Kanada, Norveç, Nigeriya kimi hamı satır.
Bizim onlara bəlkə də tək xeyrimiz buradakı yəhudiləri özümüzdən seçməməyimiz olub. Amma düzünə qalsa, biz onsuz da heç bir etnik azlığı özümüzdən ayırmamışıq. Savaşdan sonra belə nə qədər erməni burda yaşayıb, müsahibələrini görmüsüz.
Bizdə yəhudilərə aid düz-əməlli bir şirkət də yoxdur. Adamlar İranın düz içində dron fabriki açıb generallarını qırıb günahkar bizik. Türkiyə ilə 7-8 milyardlıq ticarət dövriyyələri var, amma hamı bizim "strateji tərəfdaşlığımızdan" danışır.
Orxan Atabəy
Tarix: 8-03-2026, 15:43
Xəbəri paylaş



Xəbər lenti