Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM


Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov noyabrın 12-də Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Tarix: 29-12-2025, 17:57
Xəbəri paylaş



Xəbər lenti