
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna barədə bəyanatından sonra Rusiyanın səhm bazarı kəskin düşüb.
”PostMedia” xəbər verir ki, ABŞ prezidenti Ukraynanın Avropa İttifaqının dəstəyi ilə mübarizə aparmağa və öz ərazilərini geri almağa qadir olduğunu qeyd edib.
Açıqlamalardan sonra “İMOEX2” indeksi 1,81% azalaraq 2700,79 bəndə düşüb.
Buna qədər isə “IMOEX2” 0,5%-dən az dəyər itirib, amma Trampın sözlərindən sonra eniş sürətlənib.
“Ukrayna-Rusiyadakı hərbi və iqtisadi vəziyyətlə yaxından tanış olub tam başa düşdükdən və Rusiyada bunun yaratdığı iqtisadi problemləri gördükdən sonra hesab edirəm ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə mübarizə aparmaq və bütün Ukraynanı öz ilkin halına qaytarmaq imkanındadır. Zamanla, səbir və Avropanın, xüsusən də NATO-nun maliyyə dəstəyi ilə müharibənin başladığı ilkin sərhədlərə qayıdış tamamilə mümkündür. Niyə də olmasın?”, — deyə Tramp bəyan edib.