ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyannamənin Amerika Prezidenti üçün çox önəmli olduğunu vurğulayıb.
Bizim.Media xəbər verir ki, Bryus bu barədə mətbuat konfransında açıqlama verib.
Dövlət Departamentinin rəmisi digər ölkələrin (İran və Rusiyanın) Zəngəzur dəhlizini (Tramp yolu) əngəlləməyə çalışacağı təqdirdə Vaşinqtonun hansı addımlar atacağı ilə bağlı sualı cavablandırarkən deyib:
"Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, Prezident Donald Trump ciddi qəbul edilməlidir. Bu razılaşma (sülh Bəyannaməsi - Red.) onun üçün vacibdir", - Bryus jurnalistlər üçün brifinqdə deyib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra birgə Bəyannamə imzalayıblar. Sənəd Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi maddəni özündə əks etdirir.