Bərdənin "Ceniferi" Fatma Yıldırım yenə seçki qanunlarını pozdu - MSK TƏCİLİ toplaşa bilər...-VİDEO










Parlamentdə 5 il səsi eşidilməyən, yalnız bir dəfə "Məni Cenifer Lopezə oxşadırlar" açıqlaması ilə gündəmə gəlmiş, indiyə qədər də Bərdənin "Ceniferi" adlanan Fatma Yıldırım mandat qazanmaq üçün yenə qayda-qanunları pozur. Bərdənin beş il deputatlığını etmiş, amma bundan əvvəlki seçki dövründə də qaydaları pozmuş, təbliğat-təşviqat kampaniyası başlamamış özünün piarı ilə məşğul olmuş Fatma Yıldırım yenə eyni addımları atır və qanunları pozur.
Belə ki, ötən parlament seçkilərində təbliğat-təşviqat kampaniyası başlamamış özünün reklamını həyata keçirdiyi üçün Mərkəzi Seçki Komissiyası ona rəsmi şəkildə xəbərdarlıq elan etmişdi və seçki qaydalarını pozduğu açıqlanmışdı. Bu xəbərdarlıqdan 5 il keçir və Fatma Yıldırım yenə təşviqat başlanmamış oxşar addımlar atmaqdadır. Halbuki təbliğat-təşviqat işlərinə hələ avqustun 9-dan başlanacaq. Amma Bərdədən deputatlığa namizədliyini irəli sürən Fatma Yıldırım qanunları ayaqlar altına alaraq rayonda öz təbliğatını aparmaq üçün indidən kampaniyaya start verib. Belə ki, Bərdədə bir valideynin övladının gözünün əməliyyatı üçün ona maddi dəstək olmuş Fatma Yıldırıma təşəkkür videosu yayılıb. Təbii ki, uşağın əməliyyatına yardım etmək təqdirəlayiq addımdır, amma məhz indi təşəkkür videosunun yayılması deputatın özünü təbliğ etməsi, təşviqat kampaniyası başlamamış piar etməsidir. Bu isə Seçki Məcəlləsinin müvafiq tələblərini pozmaq və İnzibati Xəta Məcəlləsində nəzərdə tutulan bir cəza ilə nəticələnməlidir. Ona görə də Mərkəzi Seçki Komissiyası toplaşaraq bu faktı araşdıra bilər. Necə ki, ötən parlament seçkilərində təbliğat-təşviqat başlamamış Fatma Yıldırımın Bərdənin Soğanveridlər kəndində yol çəkdirdiyi məlum olmuşdu. O, hətta həmin yolun açılışında iştirak etmişdi və bu da şikayət videosunda öz əksini tapmışdı. Beləliklə, bu zaman təşviqatın pozulması halları qeydə alınıb və öz təsdiqini tapmışdı. 
O dövrdə MSK-da 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Fatma Yıldırıma xəbərdarlıq edilməsi qərara alınmışdı. 
Bu dəfəki növbədənkənar deputat seçkilərində də göründüyü kimi, bütün namizədlər qaydalara əməl etsələr belə, Fatma Yıldırım MSK-ya, qanunlara meydan oxuyur. Çünki həmin təşəkkür videosunun indi yayılması deputatlığa namizədin özünü təbliğ etdirməsi faktıdır. Əslində, Bərdə şəhəri üzrə Dairə Seçki Komissiyası, Bərdə şəhər İcra Hakimiyyəti bu kimi yolverilməz hallara diqqət yetirməlidir. Amma nə DSK, nə icra başçısı Vidadi İsayev Fatma Yıldırımın vaxtından tez özünü təbliğ etdirməsinə münasibət bildirirlər. F.Yıldırım dövlətin qanunlarını saymadan öz xeyrinə təbliğat apardığı kor-kor, gör-görür. Özün qanunverici orqanın üzvü olasan və yenə olmaq istəyən, amma hələ bilməyəsən ki, təşviqat nə zaman başlanır və onun pozulması qaydaları  hansı hallarda olur. Yaxud da bilir, sadəcə, qanunları-qaydaları heçə sayır. Əsas budur ki, Fatma Yıldırım etdiyi yaxşılığı reklama çevirir və təbliğat-təşviqat kampaniyası başlamamış bu əməllərə əl atır. Çünki xəstə birinin müalicəsinə yardım etmək olar, amma bunu seçki dövründə təşviqat başlamamış reklam etmək artıq qanun pozuntusu satılır. Ümumiyyətlə, MSK  Yıldırımın namizədliyini qeydə almaya və ləğv edə bilər. Bütün hallarda bu videodan sonra MSK-nın toplaşması zəruridir və bu hal Yıldırımın seçki dövründə imicinə mənfi xal olaraq yazıldı...


Anaxeber.info

Tarix: 3-08-2024, 15:04
Xəbəri paylaş



Xəbər lenti