Azərbaycanla bağlı təhlükəli plan hazırlanır - Millət vəkili


Azərbaycanla bağlı təhlükəli plan hazırlanır - Millət vəkili

"Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə razılığa gəlinməsi region üçün çox ciddi təhlükələr yaradır. Ermənistan bir tərəfdən Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən Qərbdən özünə əlavə təhlükəsizlik təminatları tələb edir. Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması olduqca təhlükəli planlardan xəbər verir".


Hurriyyet.az xəbər verir ki, bunu bakupost.az -a millət vəkili Elşad Mirbəşir deyib.

O bildirib ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın silahlandırılmasının təhlükəli məqsədləri ortadadır:

“Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və ya sülhün imzalanması üçün bizim əsas şərtlərimizdən biri də ondan ibarət olmalıdır ki, Ermənistana hücum silahları verilməsin. Biz bu tələbimizi müvafiq beynəlxalq təşkilatlar qarşısında da qaldırmalıyıq. Azərbaycan üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır".

Millət vəkili vurğulayıb ki, Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycana deyil, beynəlxalq sülhə qarşı atılmış addımdır.

Tarix: 27-06-2024, 11:53
Xəbəri paylaş



Xəbər lenti