Prezident tərəfindən Tükəzban Quliyevaya böyük etimad göstərilib. Anaxeber.info bildirir ki, əvvəllər Elm və Təhsil Nazirliyində İnsan Resursları sahəsində özünü doğrultmuş Tükəzban Quliyeva Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə təyinat alıb. Məlumatda deyilir ki, T.Quliyeva səlahiyyətli nümayəndəlikdə yeni vəzifəyə təyin olunub.
O, daha əvvəl Elm və Təhsil Nazirliyində işləyib. Bu təyinatadək isə muxtar respublikanın Nazirlər Kabinetində çalışırdı. Qeyd olunur ki, ona prezidentin səlahiyyətli nümayəndəliyində vəzifə verilməsi ilə növbəti dəfə etimad göstərilib. T.Quliyevanın bu postda da özünü təsdiqləyəcəyi şübhə doğurmur. Çünki həm ETN-də, həm Naxçıvan NK-də böyük təcrübə toplayıb və şəffaf fəaliyyəti, səriştəsi və bacarığı ilə nümunəvi kadr kimi fərqlənib. Odur ki, ona belə bir mühüm vəzifə həvalə olunub.
Azər Talıbov