Yeni ildən sülh gözləntisi... - “Yanvarın sonunadək sazişin imzalanması mümkündür”

2023-cü ildə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanacağı gözlənilsə də, bu, baş vermədi. Ötən il ərzində Bakı ilə İrəvan arasında sülh danışıqları bəzən intensivləşdi, bəzən dalana dirəndi. Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi bir günlük antiterror tədbirləri ilə Xankəndi də başda olmaqla, işğalda qalan digər ərazilər də azad edildi və Qarabağda separatizmə son qoyuldu. Bundan sonra sülh sazişinin tezliklə imzalanacağına ümidlər daha da çoxaldı. Hər iki tərəfdən – həm İrəvandan, həm də Bakıdan verilən bəyanatlar belə qənaət yaradırdı ki, 2023-cü ilin sonunadək müqavilə imzalanacaq. Amma bu, baş vermədi. Analitiklər bildirirlər ki, ötən il sülh sazişi imzalanmasa da, sülh istiqamətində kifayət qədər yol qət edildi. Ekspertlər bu baxımdan, hesab edirlər ki, bu il sazişin imzalanması realdır.
Politoloq Nazim Cəfərsoy danışıqlarla bağlı AYNA-nın suallarını cavablandırarkən bildirib ki, 2023-cü ildə aparılan danışıqlar bu il davam edəcək və ümid var ki, yaxında müqaviləyə imza atılsın:
- 44 günlük müharibədən sonra danışıqlar müxtəlif formatlarda davam edirdi. 2023-cü ildə danışıqlar intensiv aparıldı. Proseslər də intensivliyi ilə yadda qaldı. Daha əvvəl danışıqlar müxtəlif vasitəçiliklə həyata keçirildi. Məsələn, 2021-ci ildə Rusiyanın daha aktiv vasitəçilik cəhdi var idi. 2022-ci ildə isə Rusiya vasitəçilikdən nisbətən geri çəkildi, Qərbin aktivliyi artdı. 2023-cü ildə isə faktiki ikitərəfli görüşlər, razılaşmalar oldu. Unutmayaq ki, hər iki ölkənin adminstrasiyasının birgə bəyanatı oldu, əsirlərin mübadiləsi baş verdi. Ötən ilin ən önəmli siyasi hadisəsi odur ki, Azərbaycanla Ermənistan sülhə yetərincə yaxınlaşdı. Amma bölgədə vəziyyət o qədər həssasdır, Azərbaycan-Ermənistan münasibətlərinin təbiəti o qədər kövrəkdir ki, risklərə açıq proseslər var. Amma üç illik period göstərir ki, sülhə yetərincə yaxınıq. Antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyinin tam bərpası və sülhə yaxınlığın ümidverici səviyyəyə gəlməsi ötən ilin ən əhəmiyyətli hadisəsidir.
- 2024-cü ildə danışıqları və nəticələrini necə proqnozlaşdırmaq olar?
- Hesab edirəm ki, bu il ikitərəfli görüşlər, danışıqlar intensivləşəcək. Bakı və İrəvandan verilən bəyanatlar da bunu göstərir ki, ikitərəfli danışıqlara və razılaşmalara hazırlıqlar aparılıb. Ortaq bəyanatlar, hər iki tərəf üçün həssas olan əsirlərin mübadiləsi məsələləri oldu. Bunlar siyasi-psixoloji, təbliğati baxımdan faydalı addımlar idi. Bununla eyni zamanda, prosesdə maraqlı olan qlobal güclərin geosiyasi reaksiyasını da ölçmək mümkün oldu.
Danışıqlar bu il müxtəlif formalarda davam edəcək. Sülhlə bağlı hər iki tərəfdə müsbət aura müşahidə edilir. Ola bilər ki, yanvarın sonunadək sülh sazişi ilə bağlı əhəmiyyətli addım atılsın. İstisna etmirəm ki, ilkin çərçivə sazişi imzalansın. Çünki sülh sazişi ilə bağlı əhəmiyyətli yol qət edilib və sadəcə bəzi detallar razılaşdırılmamış qalıb.
- Söhbət hansı detallardan gedir?
- Məsələn Azərbaycan XİN başçısı ilin yekunları ilə bağlı mətbuat brifinqində sərhədlərin delimitasiyası ilə bağlı maraqlı fikir bildirdi. Nazir dedi ki, sərhədlərin delimitasiyasının sonrakı mərhələdə baxılması ehtimalı da var. Bu onu göstərir ki, sərhədlərin delimitasiyasından əvvəl sülh sazişi imzalana bilər. Razılaşdırılmamış detallardan biri də məhz delimitasiyadır.
- Belə demək olarmı ki, anklavlar, delimitasiya məsələləri 2024-cü ildə ikinci planda olacaq, əsas hədəf sazişdir?
- Rəsmi Bakı və İrəvandan verilən bəyanatlar onu deməyə əsas verir ki, sülh sazişi ilə bağlı müzakirələrin yekunlaşması barədə siyasi və psixoloji razılaşma əldə ediblər. Yəni ki, sülh sazişini imzalayaq, sonra delimitasiya, demarkasiyanın müzakirəsinə keçilsin. Çünki delimitasiya və demarkasiya Ermənistan üçün müəyyən həssas məsələləri gündəmə gətirir. Ona görə də mümkündür ki, sərhədlərin müəyyənləşməsini siyasi məsələdən ayırmaq, texniki məsələyə çevirmək yolu seçilə bilər. Amma bu onunla paralel olacaq ki, Azərbaycan Ermənistandan Zəngəzur dəhlizinin işləyəcəyi mexanizmlər tələb edəcək.
Tarix: 3-01-2024, 14:04
-
Bu gün, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Bu gün, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bu gün, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
-
Dünən, 09:25
"Assist Finance" şirkəti yenə də gerilədi - DÖVRİYYƏ AZALIR
-
Dünən, 09:18
Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA
-
Dünən, 08:57
AAYDA Hövsan sakinlərini belə aldadır
-
7-09-2026, 23:21
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
-
7-09-2026, 23:14
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
-
7-09-2026, 22:47
Qusar yolları ilə bağlı 1,3 milyon manatlıq iki tender - Qalib eyni şirkətdir
-
7-09-2026, 22:46
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - Yeni təyinat
-
7-09-2026, 22:44
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT