Düşmən dövlətlər də Azərbaycanı dəstəkləmək məcburiyyətinə salınır


Dünən Türkmənistan paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısı keçirilib.
Bu zirvə toplantısının  yekun Bəyanatı  qəbul edilib hansı ki, sözü gedən bəyanatda 44 günlük Vətən Müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi barədə məlumat qeyd edilməklə həmdə bu sənəddə "Zəngəzur dəhlizi"  termin  beynəlxalq anlayış kimi işlədilib. 
Nəzərə alsaq ki,  İƏT-nın üç üzvü Qazaxıstan, Qırğızıstan və Tacikistan Rusiyanın patronajında olan KTMK,  Avrasiya İqtisadi, Kömürük Birliyinin üzvü kimi Ermənistanın rəsmi müttəfiqlərinin də yekdilliklə qəbul etdiyi bəyanatdı, onda bu sənədin  Ermənistana və onun təhrikçilərinə növbəti siyasi-diplomatik zərbə olması göz qabağındadır.  Yeri gəlmişkən bu təşkilata Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və İran üzvdür. Bu toplantıda İran prezidenti İbrahim Rəisi də iştirak edirdi və bəyanatın bu şəkildə qəbul etməsinə maneçilik edilsə də çoxluq qarşısında bu İran da bu bəyanata imza atmalı oldu.                 
Aşqabadda zirvə görüşündə Azərbaycan prezidenti bir sıra görüşlər keçirilib. Bildiyimiz kimi, Azərbaycan prezidenti  İlham Əliyev  İran prezidenti İbrahim Rəisi ilə görüşüb. Görüş böyük ehtimalla İran tərəfinin  təşəbbüsü ilə keçirilib . Bu qənaəti İbrahim Rəisinin İlham Əliyevi gözləməsi kadrları da təsdiq edir.
Bir neçə ay çəkən İran Azərbaycan gərginliyi İranın geri addım atması ilə nəticələndi və İran Azərbaycanın tələb və şərtlərini yerinə yetirməli oldu. İranın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı da Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, 
toxunulmamazlığı barədə qətnamələr, qərarlar qəbul edib baxmayaraq ki, İran Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edib. Ancaq İran mütləq çoxluğa tabe olaraq təklif olunan sənədlərə imza atmaqla öz riyakar siyasətini pərdələməyə çalışıb. 
O ki, qaldı İranın dövlət başçılarının Azərbaycanla bağlı hər çıxışında “Azərbaycanın dövlət müstəqilliyin ilk tanıyanlardan biri də İran olub” kəlməsini səsləndirməsi sözsüz ki, İran Azərbaycanın müstəqilliyinin ilk günlərindən “fars şiəsi” kartından istifadə edərək Azərbaycanı öz təsiri altına çəkmək istəyindən irəli gəlirdi hansı ki, dini mənsubiyyəti irəli, milli kimliyi arxa plana keçirməklə Güney Azərbaycanın istiqlalını əngəlləmək və Azərbaycanın bütövləşməsinə mane olmaq niyyəti daşıyırdı.İƏT-nın Aşqabad zirvə toplantısı bir daha onu göstərdi ki, Azərbaycan dövləti öz xarici siyasətini elə qura bilib ki, düşmən dövlətlər də Azərbaycanı dəstəkləmək məcburiyyətinə salınır, necə ki, İran, Rusiya, Fransa, ABŞ və sair.  BMT Təhlükəsizlik Şurasında, Avropa Birliyində və onun müvafiq təşkilatlarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, KTMT-da və sair beynəlxalq təşkilatlarda da düşmənlərinin etirazlarına və cəhdlərinə baxmayaraq Azərbaycan öz istədiyini alır. Sözsüz ki, Qarabağ məsələsinin yekun həlli, Xankəndinin və onun ətrafının da Azərbaycan yurisdiksiyasına qayıtmasının, Zəngəzur dəhlizinin açılışının da  şahidi olacayıq. 
Vüqar Dadaşov 
MCP SŞ-nın üzvü, hüquqşünas
Neqativ.com
Tarix: 29-11-2021, 21:11
Xəbəri paylaş



Xəbər lenti