Paşinyan: “Mən Azərbaycan Prezidentinin qərarını yüksək qiymətləndirirəm”


Paşinyan: “Mən Azərbaycan Prezidentinin qərarını yüksək qiymətləndirirəm”

“Ermənistan və Azərbaycan iki ölkənin müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıblar”.
Cebhe.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”-da canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandırarkən deyib.
"Avropa İttifaqı prezidenti ilə telefon danışıqları zamanı paralel olaraq daha bir təşəbbüs ortaya çıxdı. Bu, müdafiə nazirləri arasında birbaşa əlaqədir. Məqsəd insidentlərin qarşısını almağa çalışmaqdır", - deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, o, bu təşəbbüsü şəxsən bəyənib. O, həmçinin bu cür ünsiyyətin regionda sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
"Deyə bilərəm ki, əlaqə artıq qurulub. Mən bunu yüksək qiymətləndirirəm. Bu, çox vacibdir", - Paşinyan bildirib.
"Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında heç vaxt belə bir təmas olmayıb. Bu, ilk dəfədir. Rabitə qurulub və mən Azərbaycan Prezidentinin bu qərarını yüksək qiymətləndirirəm. Bu operativ rabitənin nə dərəcədə effektiv olacağını zaman göstərəcək”, - deyə Baş nazir bildirib.
Tarix: 23-11-2021, 22:31
Xəbəri paylaş



Xəbər lenti