"Bu sənəd Moskvada imzalanacaq"



“Bu ilin avqust ayından ictimai çıxışlarımda Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Moskvadan kənarda görüşməsinin daha yaxşı seçim olduğunu və bununla bağlı hazırlıqların hiss olunduğunu dəfələrlə qeyd etmişəm. Ötən gün məlumat yayıldı ki, İlham Əliyevlə Paşinyan Brüsseldə Şərq Tərəfdaşlığı ilə bağlı növbəti tədbirdə görüşəcəklər. Bu, müsbət xəbərdir və görüşün olması faktının özü belə yaxşıdır. Brüsseldə Azərbaycan və Ermənistan arasında hansı bir sənədin imzalanacağını hesab etmirəm. Kremlin bu məsələdə təkbaşına hegemon moderator olması hər iki ölkənin ziyanına işləyir”.

Pravda.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli deyib.

Bildirib ki, Moskva iki ölkə arasındakı münasibətlərin başqa formatda da yaxşılaşa biləcəyini görməlidir.

“Təbii ki, hansısa sənəd üzərində Brüsseldə anlaşma olsa da, bu sənəd Moskvada imzalanacaq. Olsun, əsas məsələ regionda dayanıqlı sülhün bərqərar olmasıdır, ona görə də bu yöndə istənilən addım alqışlanmalıdır. Mənim İlham Əliyevin Brüssel səfərindən ən vacib gözləntim Avropa Birliyi (AB) ilə yeni əməkdaşlıq sənədlərinin imzalanmasıdır. Bu, indiki şəraitdə çox vacib, pozitiv addım ola bilər. Əgər ölkəmiz investisiyalar cəlb etmək, çağdaş dünyanın bir parçası olmaq, Rusiyanın regionda təkbaşına söz sahibi olmaq niyyətini balanslaşdırmaq istəyirsə, mütləq AB ilə yeni sənədlər imzalanmalıdır”, - deyə N.Cəfərli qeyd edib.
Tarix: 20-11-2021, 23:01
Xəbəri paylaş



Xəbər lenti