"Daha böyük quzğun gələcək..." - VİDEO


Yaroş Rusiyada Putini əvəz edə biləcək şəxs haqqında danışdı...
 
"Sağ sektor"un sabiq lideri, "Ukrayna könüllülər ordusu"nun komandanı, Ukrayna Silahlı Qüvvələri komandanının müşaviri Dmitri Yaroş hesab edir ki, yaxın zamanlarda Rusiyada hakimiyyətə demokratın gəlməsi mümkün deyil.

Moderator.az xəbər verir ki, o, bu fikri "Qordon" internet-nəşrinin baş redaktoru Alesa Batsmana verdiyi müsahibəsində bildirib.
 
"Rusiyanın tarixi təcrübəsi göstərir ki, heç vaxt bu, baş verməyib...Nemtsov (qətlə yetirilmiş müxalifət lideri) kimi siyasətçiləri kütlə qəbul etməyəcək. Ona möhkəm əl, avtoritar idarəçilik lazımdır, əks təqdirdə imperiya dağılır.
 
Mən demokratın hakimiyyətə gəlməsi şansını görmürəm...Həm də Rusiyanın hər bir yanına səpələnmiş marginal qruplaşmaların olduğu yerlərdə proseslərə təsir edə biləcək ciddi siyasi qüvvələr yoxdur",-Yaroş belə deyib.
 
"Sağ sektor"un sabiq lideri güman edir ki,  gələcəkdə Rusiya dağılacaq. Onun sözlərinə görə, "bu, gələcək nəslin işidir". Rusiya Federasiyası dağılmağa başlayanda, ölkənin hər yerinə səpələnmiş "marginal qruplaşmalar" birləşməyə başlayacaq, o, belə proqnoz verir.
 
Botsman sual verib ki, Putin öz vəzifəsini necə itirə bilər.
 
"Rus imperiyasının tarixində həm də saray çevrilişləri olub, yəni hər şey saraydaxili üsulla baş verə bilər. Hərçənd, Xabarovskda baş vermiş hadisələr göstərir ki, "mənasız və amansız rus qiyamı" da mümkündür ( Xabarovskda 2020-ci ilin iyulundan 2021-ci ilin sentyabrınadək Xabarovsk diyarının qubernatoru Sergey Furqalın həbsi ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirilmişdir-"QORDON")
 
Mən peyğəmbər deyiləm, demək çətindir...Mən yalnız tarixə əsaslanıb fikir söyləyirəm. Lakin buna hazır olmaq lazımdır. Bu, istənilən an baş verə bilər-Ukrayna Krımı və işğal edilmiş əraziləri özünə qaytarmalıdır",-Yaroş deyib.
 
O, hesab edir ki, Putinin gedişindən sonra hakimiyyətə daha qəddar rəhbər gələcək.
 
"Əgər saray çevrilişləri imkanını nəzərə alsaq, mənə elə gəlir ki, hakimiyyətə Putindən də böyük quzğun gələcək. Lakın nəticə etibarilə yenə də ölkənin dağılmasına gətirib çıxaracaq. Bu, imperiyanın möhkəmlənməsinə xidmət etməyəcək",-baş komandanın müşaviri belə proqnoz verir.
 

 

Tarix: 18-11-2021, 15:07
Xəbəri paylaş



Xəbər lenti