"Rusiya bütün qonşu ölkələrə və xalqlara özünün müstəmləkəsi, köləsi kimi baxır" - XAQANİ CƏFƏRLİ

"Erməni rəsmiləri Kremlə sədaqətlərini nümayiş etdirmək üçün bütün imkanlardan istifadə etməyə, Azərbaycan isə ermənilərin ikiüzlüyünü ifşa etməyə çalışır"
"Rusiyaya daha sədaqətli görünmək uğrunda Ermənistanla Azərbaycan arasında gedən mübarizənin şahidi olmaq utanc vericidir. Müşahidə olunan mənzərə ondan ibarətdir ki, erməni rəsmiləri Kremlə sədaqətlərini nümayiş etdirmək üçün bütün imkanlardan istifadə etməyə, Azərbaycan isə ermənilərin ikiüzlüyünü ifşa etməyə çalışır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq əlavə edib ki, Rusiya bütün qonşu ölkələrə və xalqlara özünün müstəmləkəsi, köləsi kimi baxır: "Kölələrin sədaqətinə isə heç bir imperiya inanmayıb, Rusiya da inanmır. Rusiya kölələrindən sədaqət deyil, itaət tələb edir".
Tarix: 11-11-2021, 14:48
Xəbəri paylaş



Xəbər lenti