Rusiya özü üçtərəfli Bəyanatları icra etməli olacaq


Təxmin etdiyimiz kimi, (əslində bəlli olan faktdır) Rusiyanın vasitəçiliyi ilə sözü gedən Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin mümkünsüzlüyü öz təsdiqini tapır və hansı ki, keçən həftədə yekun sülh müqaviləsinin bağlanmasını mümkünsüz edən müxtəlif səbəb və amillər haqqında qeyd etmişdim .
(https://neqativ.com/siyaset/76638-ermnistan-sulh-muqavilsi-imzalayacaqm-v-azrbaycana-bu-muqavil-lazmdrm.html). Bəlli olur ki, 9 noyabr 2020-ci il üçtərəfli Bəyanatın ildönümü dövründə Ermənistan müdafiə naziri Arşak Karapetyan Azərbaycanın icazəsi olmadan rusların məsuliyyət zonasına Xankəndinə səfər edir və həmin 9 noyabr Bəyanatının tələblərinə əsasən ləğv edilməli və Azərbaycan ərazisindən çıxarılmalı olan qanunsuz silahlılarla görüşür. Məlumatı Ermənistan rəsmiləri nümayişkaranə yaymaqla əslində Rusiyanın bölgəmizdə maraqlarının mahiyyətini və moderatorluğunu göstərirlər. Rusiya öncə yaydığı məlumatı daha doğrusu, anonsunu verdiyi Ermənistan, Azərbaycan və Rusiya liderlərinin gözlənilən görüşünün olmayacağını Kreml sözçüsü Dimitri Peskov jurnalistlərə bildirib. 
Azərbaycan Zəfər Gününü qeyd etdiyi gündə ermənilərin Şuşa ətrafında təxribatı və bu təxribatın Ermənistan müdafiə naziri Karapetyanın Xankəndinə qanunsuz səfəri ilə üst-üstə düşməsi məlum qənaətimizin növbəti sübutudur. Yerinə düşər ki, Ermənistan baş naziri Nikol Paşinyan dünənki müsahibəsində Rusiyaya qarşı etirazını bildirmişdi. Sözsüz ki, baş verənlər Rusiya və Ermənistanın Azərbaycana qarşı dağıdıcı və işğalçı siyasi xəttinin detallarıdır və proseslər bölgəmizdə Rusiya amilinin möhkəmləndirilməsinə hesablanıb.
Təbii ki, Azərbaycan Ermənistanın demarşına və təxribatına lazımınca və qətiyyətli şəkildə cavab verir. Bəzi məlumatlara əsasən, Azərbaycan Laçın koridorunun bir hissəsində hərəkəti dayandırıb və “rus sülhməramlıları” ilə birlikdə təhlükəsizlik tədbirləri görür. Xankəndini Ermənistanla birləşdirən yeganə Laçın koridoru adlandırılan əlaqənin ara-sıra bağlanması və ya müəyyən vaxta qədər məhdudlaşdırılması Azərbaycan üçün perspektivli şərait yaradır bu isə o deməkdir ki, ermənilərin Xankəndindən axınının intensivləşməsinə psixoloji təkan verir. 
Təxmin etdiyimiz kimi, (əslində bəlli olan faktdır) Rusiyanın vasitəçiliyi ilə sözü gedən Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin mümkünsüzlüyü öz təsdiqini tapır və hansı ki, keçən həftədə yekun sülh müqaviləsinin bağlanmasını mümkünsüz edən müxtəlif səbəb və amillər haqqında qeyd etmişdim (https://neqativ.com/siyaset/76638-ermnistan-sulh-muqavilsi-imzalayacaqm-v-azrbaycana-bu-muqavil-lazmdrm.html). Bəlli olur ki, 9 noyabr 2020-ci il üçtərəfli Bəyanatın ildönümü dövründə Ermənistan müdafiə naziri Arşak Karapetyan Azərbaycanın icazəsi olmadan rusların məsuliyyət zonasına Xankəndinə səfər edir və həmin 9 noyabr Bəyanatının tələblərinə əsasən ləğv edilməli və Azərbaycan ərazisindən çıxarılmalı olan qanunsuz silahlılarla görüşür. Məlumatı Ermənistan rəsmiləri nümayişkaranə yaymaqla əslində Rusiyanın bölgəmizdə maraqlarının mahiyyətini və moderatorluğunu göstərirlər. Rusiya öncə yaydığı məlumatı daha doğrusu, anonsunu verdiyi Ermənistan, Azərbaycan və Rusiya liderlərinin gözlənilən görüşünün olmayacağını Kreml sözçüsü Dimitri Peskov jurnalistlərə bildirib. 
Azərbaycan Zəfər Gününü qeyd etdiyi gündə ermənilərin Şuşa ətrafında təxribatı və bu təxribatın Ermənistan müdafiə naziri Karapetyanın Xankəndinə qanunsuz səfəri ilə üst-üstə düşməsi məlum qənaətimizin növbəti sübutudur. Yerinə düşər ki, Ermənistan baş naziri Nikol Paşinyan dünənki müsahibəsində Rusiyaya qarşı etirazını bildirmişdi. Sözsüz ki, baş verənlər Rusiya və Ermənistanın Azərbaycana qarşı dağıdıcı və işğalçı siyasi xəttinin detallarıdır və proseslər bölgəmizdə Rusiya amilinin möhkəmləndirilməsinə hesablanıb.
Təbii ki, Azərbaycan Ermənistanın demarşına və təxribatına lazımınca və qətiyyətli şəkildə cavab verir. Bəzi məlumatlara əsasən, Azərbaycan Laçın koridorunun bir hissəsində hərəkəti dayandırıb və “rus sülhməramlıları” ilə birlikdə təhlükəsizlik tədbirləri görür. Xankəndini Ermənistanla birləşdirən yeganə Laçın koridoru adlandırılan əlaqənin ara-sıra bağlanması və ya müəyyən vaxta qədər məhdudlaşdırılması Azərbaycan üçün perspektivli şərait yaradır bu isə o deməkdir ki, ermənilərin Xankəndindən axınının intensivləşməsinə psixoloji təkan verir. 
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Neqativ.com
Tarix: 9-11-2021, 21:26
Xəbəri paylaş



Xəbər lenti