İsa Qəmbər Rauf Arifoğlunun Müsavat Partiyasından istefasından danışdı: “Yolunu seçib...”



Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan getməsi ilə bağlı məsələdən danışıb.
 
Pravda.az-ın xəbərinə görə, İ.Qəmbər o zamanlar verdiyi müsahibəni xatırladaraq bildirib ki, Rauf Arifoğluna Müsavat Partiyasına hücum etmək üçün hücum edirdilər.
 
O bildirib ki, Rauf Arifoğlu öz yolunu seçib, hüququdur: “Mən səhv hesab edirəm, o isə düz hesab edir. Rauf Arifoğlu kimi əvvəllər müxalifətdə olan, sonradan hakimiyyətlə anlaşan yüzlərlə insan var. Müsavata aid olmayanlara bir söz demirlər. Kimsə nə zamansa Müsavatda olub, həmin şəxsin üzərinə gedirlər, burada məqsəd ona deyil, Müsavata zərbə vurmaqdır. Bu, bir mübarizədir, hakimiyyət tanınmış şəxsləri öz tərəfinə çəkməyə cəhd edir, məncə, demokratik düşərgə də həmin insanları öz tərəflərinə çəkməyə cəhd etməlidirlər. Nə zaman ki, hansısa şəxslə bağlı mübarizə bitir, mövqe tam aydınlaşır, nöqtə qoymaq olar. Nöqtə qoyulana qədərki müddətdə hakimiyyət kimi öz tərəfinə çəkmək istəyirsə, o saat ondan imtina etmək uğurlu gediş olmaz”.
Tarix: 4-11-2021, 22:03
Xəbəri paylaş



Xəbər lenti