Moskva ilə Vaşinqton arasında GİZLİ GÖRÜŞ: Putinin ciddiliyini yoxlamaq üçün...




Moskva ilə Vaşinqton arasında görünən düşmənçiliyə baxmayaraq, Rusiya və Amerika rəsmiləri son aylarda fəal danışıqlar aparırlar.
Publika.az xəbər verir ki, "The New York Times" etibarlı mənbələrə istinadla məlumat yayıb.
"Rusiya ilə Amerika rəsmiləri son bir neçə ay ərzində bir sıra məsələlər, o cümlədən silahlara nəzarət və kibertəhlükəsizliklə bağlı bir neçə gizli görüş keçiriblər", - mənbə bildirib.
Qəzetin yazdığına görə, Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar Cenevrədə iki ölkə prezidentlərinin sammitindən az sonra başlayıb. O vaxtdan bəri Ağ Evin yüksək vəzifəli məmurları üç dəfə Moskvaya səfər ediblər. Finlandiya və İsveçrə də daxil olmaqla daha çox neytral ərazidə görüşlər keçiriblər.
Danışıqlarda ABŞ prezidentinin kibertəhlükəsizlik üzrə müşavirinin müavini Enn Noyberqer də iştirak edib. Nəşrin məlumatına görə, o, Kremldəki həmkarı ilə bir sıra “sakit, virtual görüşlər” keçirib.
NYT qeyd edir ki, xüsusilə Rusiyaya Amerika biznes və qurumlarına hücum edən hakerlər haqqında adlar və digər məlumatlar verilib.
Noyberqerin özü daha əvvəl bildirmişdi ki, Rusiya ilə ABŞ arasında kibertəhlükəsizliklə bağlı “birbaşa, səmimi” müzakirələr gedir . Sonra o qeyd edib ki, Rusiya öz ərazisində fəaliyyət göstərən hakerlərə qarşı mübarizə aparacağını vəd etsə də, onlar haqqında Amerika tərəfdən məlumat alsa da, hələlik konkret addım atılmayıb. Noyberqerin sözlərinə görə, Vaşinqton Moskvaya ötürülən məlumatların yaxın gələcəkdə istifadə olunacağına ümid edir.
NYT-nin həmsöhbətlərindən birinin qeyd etdib ki, Ağ Ev Putinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq planları barədə sözlərinin ciddiliyini yoxlamaq üçün məlumat ötürülməsinin həbslərə gətirib çıxaracağını gözləyir.
Qəzetin başqa bir mənbəsinə görə, ABŞ Kremlin niyyətləri ilə bağlı heç bir illüziya saxlamır, lakin onun Moskva ilə bir sıra məsələlərdə, o cümlədən silahlara nəzarətdə işləyə biləcəyinə inanır. NYT yazır ki, son aylarda bu mövzuda danışıqlar bir neçə ilin "ən dərini" olub.
Tarix: 1-11-2021, 00:19
Xəbəri paylaş



Xəbər lenti