"AZƏRBAYCAN DÖVLƏTİ NANKORDUR... " - İran mollası: “Azərbaycan hakimiyyəti duz yeyib, duz qabı sındırmamalıdır"



"AZƏRBAYCAN DÖVLƏTİ NANKORDUR... " -
İranın daha bir əyalət mollası Azərbaycanı “nankorluq”da ittiham edib.

Teref.az-ın məlumatına görə, İran mediası xəbər verir ki, 29 oktyabrda İranın bütün şəhərlərində keçirilən cümə namazı mərasimlərindəki çıxışların hamısının əsas mövzusu oktyabrın 26-da iran boyu yanacaq doldurma məntəqələrinə edilən kiber hücumla bağlı olub.

Zəngan əyalətinin “Abbər” şəhərinin cümə imamı molla Mehdi Mənsuri öz çıxışında kiber hücumdan məqsədin ölkə daxilində gərginlik yaratmaq olduğunu deyib.

Mənsuri əlaqəsiz fikirlər səsləndirərək Livan hadisələrindən Azərbaycan Respublikasına keçid edib və əsassız iddialar səsləndirib.

Cümə imamı səsləndirdiyi fikirlərdə İranın Azərbaycana etdiyi yardımların unudulduğunu, Azərbaycan dövlətinin nankorluq etdiyini iddia edib.

“Azərbaycan hakimiyyəti duz yeyib, duz qabı sındırmamalıdır. Onlar kimlərin keçmişdə onlara yardım etdiyini unutmamalıdırlar”,- deyə axund Mənsuri bildirib./konkret.az
Tarix: 30-10-2021, 20:29
Xəbəri paylaş



Xəbər lenti