Nə baş verir?

Hüquq müdafiəçisi Anar Məmmədli
İranla yaranmış gərginlik ölkədə şiə icmalarına təzyiqlərlə müşayiət olunur. Son günlər bəzi icmaların fəalları və ruhanilərin saxlanma halları artıb. Ötən həftə bu təqiblər çərçivəsində şiə icmalarına bağlı 7 veb səhifəyə ölkədə giriş məhdudlaşıb.
Bütün bu təqiblərlə bağlı nə detallı izahat var, nə də hüquqi əsaslandırma.
Əgər bu icmalar milli qanunvericliyi pozan hərəkətlərə yol veriblərsə, nədən İranla gərginlikdən sonra hədəfə çevrildilər?! Onların fəaliyyətini aylar öncə yada düşmürdümü?
Bu cür suallar hazırkı təqiblərin siyasi motivli olması ilə yanaşı ölkədə dini etiqad azadlığı və ifadə azadlığının eyni anda məhdudlaşdırılmasının nümunəsidir.
Bu həbslər ötən ilin iyulunda Tovuzdakı hərbi toqquşmadan sonra İranda azərbaycanlı fəalların keçirdiyi aksiyaları xatırladır. Xeyli sayda aksiya iştirakçısı saxlandı və daha sonra cəzalandırıldı. İran rəhbərliyi də bu həbsləri siyasi motivlərlə həyata keçirməklə öz vətəndaşalrının sərbəst toplaşmaq və ifadə azadlıqlarını məhdudlaşdırdığını göstərdi.
Göründüyü kimi, İran və Azərbaycan arasında demokratik azadlıqlara münasibətdə kəskin fərq yoxdur. Və unutmayaq ki, demokratik azadlıqlar təmin olunmayan ölkədə vətəndaş həmrəyliyi, milli birlik və mədəni müxtəliflik kimi təbliğatlar süni xarakter daşıyır.
Tarix: 25-10-2021, 22:27
Xəbəri paylaş



Xəbər lenti