“Azərbaycanın müstəqillik tarixində İranla münasibətlər heç vaxt indiki qədər gərgin olmayıb”.
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
A.Hacılı deyib ki, istər Azərbaycan, istərsə də İran tərəfdən müharibə ritorikası səslənir: “Çox ciddi gərginlik var, İran sərhədə hərbi qüvvələr yerləşdirir. Azərbaycana İranla gərginlik lazım deyil. Azərbaycan tərəfdən verilən bəyanatlar İranın ölkəmizə qarşı siyasətinə cavab reaksiyasıdır...”
Tarix: 21-10-2021, 09:28