BMT məhkəməsində Azərbaycanın Ermənistana qarşı ittihamına baxılır

Haaqadakı BMT Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına baxır. 70 ildən çox SSRİ-nin tərkibində olan Azərbaycan keçən əsrin 80-ci illərinin sonunda başlayan Milli Azadlıq Hərəkatı nəticəsində 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan edib
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı ittihamına baxılır.
Dinləmələr bu gün, oktyabrın 18-də başlayıb və sabah da davam edəcək.
Azərbaycan Ermənistan hakimiyyətini azərbaycanlılara qarşı “etnik ayrı-seçkilik siyasəti” və “etnik təmizləmə” həyata keçirməkdə ittiham edir.
Ermənistan da oxşar ittihamlarla Azərbaycanı günahlandırıb.
Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı dinləmələr Haaqada oktyabrın 14-15-də keçirilib.
Bbc.com
Tarix: 18-10-2021, 22:14
Xəbəri paylaş



Xəbər lenti