Siyavuş Novruzov "İstiqlalçı deputat"ları təhqir etdi: Etibar Məmmədovdan ona ŞİLLƏ KİMİ SÖZLƏR - VİDEO


Millət vəkili, milli istiqlalçı Etibar Məmmədov oktyabrın 12-də "TV Müsavat"ın efirində qonaq olub.
O, canlı yayında Milli Məclisin deputatı Siyavuş Novruzova sərt cavab verib, onun öz mövqeyini möhkəmləndirmək üçün istiqlalçı deputatları təhqir etdiyini deyib. 
Hurriyyet.az xatırladır ki, Milli Məclisin oktyabrın 11-də keçirilən iclasında “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı Siyavuş Novruzovla Vahid Əhmədov arasında gərginlik yaranıb.
S.Novruzov “bəzi şəxslər”in özünü “istiqlalçı deputat” adlandırmasına etiraz edərək deyib ki, Azərbaycan SSRİ məkanında öz müstəqilliyini ən gec elan edən ölkələrdən olub:
“Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”.
Onun bu sözləri birmənalı qarşılanmayıb.



Tarix: 15-10-2021, 09:08
Xəbəri paylaş



Xəbər lenti