Ərdoğan Avropanı Rusiya qazı ilə necə fəth etdi...


Ərdoğan Avropanı Rusiya qazı ilə necə fəth etdi...Rəcəb Tayyib Ərdoğan

"Rusiyaya simpatiyası ilə tanınan Merkelin sağ mərkəzçi Xristian Demokrat Birliyi parlament seçkilərində 24,1% səs qazana bildi.

Sol mərkəzçi Sosial Demokratlar isə hamıdan çox - 25,7 faiz səs toplayaraq Merkelin 16 illik dominantlığını sonlandıraraq, koalisiya hökuməti üçün şərait yaratmış oldu.
Belə bir halda 14.8 faiz səslə üçüncü yerə çıxan Yaşıllar Partiyası və 11.5% səslə dördüncü yeri tutan biznes tərəfdarı Azad Demokratlar Partiyası ilə ən çox səs yığan tərəf koalisiyaya gedəcək kimi görünür ki, bu da Avropada Almaniyanın inşaa etdiyi AB, Güclü Avropa ideyalarının dəfn olunması anlamına gəlir. Hansı ki, üçüncü və dördüncü partiyalar Rusiyaya nifrəti ilə seçilir və ABŞ ilə ittifaq tərəfdarıdırlar". Bu fikirləri bizimyol.info-ya beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib.
Əziz Əlibəyli 
Əziz Əlibəyli
Bəs, bu nə deməkdir?
Əziz Əliyevin sözlərinə görə, Merkellə -Putinin birgə layihəsi olan "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.
"İşlərin 90 faizi tamamlanıb, amma ABŞ-ın da əleyhinə oluğu bu layihə Merkelsiz ölü ideyaya çevrilə bilər.
"Türk axını" boru kǝmǝri layihǝsi - Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri.
Seçkilər fonunda itkiləri kopmensasiya etməyə çalışan Rusiya gözlənilmədən AB üzvü Macarıstan Rusiyanın qaz nəhəngi Gazprom şirkəti ilə yeni 15 illik təchizat müqaviləsi bağlayıb. Gazpromun rəhbəri Miller bildirib ki, sazişə müvafiq olaraq Macarıstana qaz artıq oktyabrın 1-dən mövcud Türk axını və Cənub-Şərqi Avropa kəmərləri ilə veriləcək.
İddialara görə isə Rusiya - Macarıstan qaz müqaviləsi Türkiyə prezidenti Ərdoğanın vasitəçiliyi sayəsində baş tutub və hər iki ölkə türk birliyi çərçivəsində dərin özüllərə söykənən münasibətlər qurublar.
Hazırda rus qazının qiyməti Avropada qiyməti 1000 dollara çatıb.
Başqa bir maraqlı informasiyaya görə, Azərbaycanın qələbəsi ilə başa çatan müharibənin nəticələrini müəyyən edən 10 noyabr sazişi ilə Zəngəzur dəhlizi açılarsa, Türkiyə İran və Türkmənistan qazını da Avropaya çıxarmağı hədəfləyir.
Sonuncu ehtimal isə ortaya qəribə bir siyasi konfiqurasiya çıxarır:  Şahmat gedişi edən Ərdoğan Avropa və Rusiya üzərində diqtə edən tərəfə çevrilir. Bu addımla isə təkcə Avropanın onlarla güclü ölkəsi türk siyasi gücünün təzyiqi, təsiri və diqtəsi altında qalmağa məhkumdur",- deyə o bildirib.
Tarix: 29-09-2021, 23:53
Xəbəri paylaş



Xəbər lenti