Taliban-ın açdığı ikinci cəbhə... Türkiyənin və Azərbaycanın böyük tarixi şansı
Taliban-ın bütün Əfqanıstanı nəzarətə götürməsi və onun Əfqanıstanda hakimiyyətə yiyələnməsi əslində Əfqanıstanda ikitirəli hakimiyyət dövrünün sonu, bütöv Əfqanıstanın vahid hakimiyyət tərəfindən idarə olunmasının bərpası deməkdir. Zatən, Taliban təzə hakimiyyətə gəlməyib, Taliban ABŞ və NATO işğalından sonra faktiki olaraq iki hissəyə bölünmüş Əfqanıstanın müəyyən əraziləri üzərində bu günə kimi nəzarətini və hakimiyyətini qoruya saxlaya bilmişdi. Taliban Əfqanıstanda hakimiyyətdən getməmişdi, ABŞ və onun müttəfiqləri tərəfindən işğal olunmuş ölkənin yarısına nəzarəti itirmişdi. Odur ki, Taliban bütün Əfqanıstan üzərində vahid hakimiyyətini bərpa edib.Təbii ki, Taliban kimi radikal dini təşkilatın Əfqanıstanda hakimiyyətə bu asanlıqla yiyələnməsi böyük siyasi oyunun tərkib hissəsi kimi, əldə etdiyi hakimiyyəti müqabilində götürdüyü öhdəliyi, onun üçün müəyyən edilmiş hədəf və məqsədləri həyata keçirməli və reallaşdırmalıdır. Taliban-ın hakimiyyətə gətirilməsi ABŞ, Böyük Britaniya və Türkiyə arasında razılaşdırılmış planı üzrə həyata keçirilib. Proseslərin analizi və Taliban-ın ilkin açıqlamaları onun bu üç ölkəyə müəyyən dövr üçün müttəfiq kimi davranacağını göstərir. Dünya nizamını dəyişə biləcək Əfqanıstanda gedən proseslər Rusiya və İran üçün ən xoşa gəlməz və təhlükəli nəticələr vəd edir. Rusiyanın Talibanla bağlı qarışıq açıqlamaları, Rusiya Təhlükəsizlik Şurasının təcili iclasları və Talibanın rəsmisinin Rusiya haqqında söylədikləri göstərir ki, Talibanın regionda əldə etdiyi tam hakimiyyəti müqabilində əsas öhdəliyi Rusiya üçün cəhənnəm yaratmaqdan ibarətdir. Tarixin elə bir dönəmində yaşayırıq ki, Azərbaycan üçün, Türk dünyası üçün yeni, çox əlverişli siyasi dövr başlayıb. Tarixi şansımızdan tam istifadə etməklə publik səsləndirilməsi məqbul sayılmayan hədəflərimizi tam reallaşdıra bilərik. Onsuzda dünyanın bölünməsi baş tutub və bu bölünmədə Türk dünyası, ingilislər, yəhudilər bir tərəfin ön sırasında olanlardır.
Türk qanına susamış İranın aqibəti Rusiyadan da daha acınacaqlı olacaq. İstər-istəməz Talibanla üzə-üzə gələcək İran ətrafında halqa daha da daralacaq və İranın indiki sərhədləri daxilidə mövcudluğuna böyük təhlükələr daimi hərəkətdə olacaq. Talibanla diplomatik, siyasi əlaqələrimiz qurulmalı hərçənd ki, qeyri rəsmi olsa da Türkiyə artıq bu prosesləri idarə edir. Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa bəyanatı bu qənaətimizə əsas verir çünki, həmin Bəyanata əsasən Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şurasının əlaqəli fəaliyyət göstərir. Bu baxımdan Türkiyə və Azərbaycan arasında Taliban barəsində ümumi qərarın olduğu şübhəsizdir. Təbii ki, Talibanın yaradığı vəziyyət Rusiya və İran üçün real üzücü, süründürücü hərbi qarşıdurma şəraiti yaradır. Faktiki olaraq Taliban Rusiya və İran qarşı ikinci cəbhə açmaqla bu dövlətlərin hərbi və iqtisadi gücünü parçalamış olur. Yaxın Şərqdə və eləcədə Asiyada konfliktlərə və hərbi qarşıdurmaya cəlb edilən Rusiya və İranın siyasi manevr imkanları da məhdudlaşır. Əfqanıstanda Talibanın tam hakimiyyətə yiyələnməsindən sonra Rusiyanın patronajında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan müsəlman ölkələrində vəziyyət Rusiyanı daimi “foksda” olmağa məcbur edəcək. Əks təqdirdə Rusiya Orta Asiya dövlətlərində hərbi mövcudluğunu itirə və onsuz da formal KTMK-nı daha əhəmiyyətsiz hala salmış olar. Nəticədə Rusiya özü üçün keçmiş SSRİ respublikalarından yaratdığı “bufer” zonasından məhrum olar və bir başa öz sərhədlərində təhlükə ilə üz-üzə qalar. Odur ki, Rusiyaya qarşı açılmış ikinci cənub cəbhəsi ən real və qorxulu ssenaridir və buna görə də Rusiya bütün hərbi və iqtisadi gücü bu istiqamətə sərf etmək məcburiyyətindədir. Yaranmış şərait Türkiyə və Azərbaycan üçün olduqca əlverişli şərait və imkanlar yaradır hansı ki, daha böyük hədəflərimizi reallaşdıra bilərik.Vüqar Dadaşov
Tarix: 17-08-2021, 23:23
-
Bu gün, 18:02
Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?
-
Bu gün, 17:43
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - "Fərəcov da bizə kömək etmir..." - VİDEO
-
Bu gün, 17:40
"Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? - VİDEO
-
Bu gün, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Bu gün, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Bu gün, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Bu gün, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Bu gün, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Bu gün, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Bu gün, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Bu gün, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Bu gün, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Bu gün, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Bu gün, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Bu gün, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Bu gün, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
Dünən, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
Dünən, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
Dünən, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
Dünən, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
Dünən, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
Dünən, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
Dünən, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Dünən, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
17-04-2026, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
17-04-2026, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib