Erməni lobbisi Azərbaycana qarşı:Növbəti siyasi sifariş


Erməni lobbisi Azərbaycana qarşı:Növbəti siyasi sifariş

Son zamanlar beynəlxalq müstəvidə erməni lobbisinin Azərbaycana qarşı fəallaşması müşahidə olunur.
Bunu xüsusilə Qərb dövlətlərinin siyasi dairələrində görmək olar. ABŞ Konqresində Ketrin Klark, Frenk Pallone, Adam Şiff və digəriləri Azərbaycana qarşı sanksiyalaşdırıcı layihələrlə çıxış edir. Ermənipərəst konqresmenlər Azərbaycana qarşı maliyyə yardımı və hərbi əməkdaşlıq sahəsində qadağaların tətbiqinə nail olamağa çalışır. Eyni proses Fransa başda olmaqla Avropa ölkələrində də baş verir. Fransa Prezidenti Emmanuel Makron hazırda erməni lobbisinin Avropadakı birinci təmsilçisinə çevrilib.
İkinci Qarabağ müharibəsindən sonra yeni yaranmış geosiyasi reallıqlar fonunda vəziyyət Azərbaycanın xeyrinə dəyişsə də, ermənilərin təbliğat maşını hələ işləməkdə davam edir. Yəni, təhlükə hələ sovuşmayıb. Ona görə də Azərbaycana qarşı erməni lobbi dairələrinin hücumlarının qarşısının alınması vacib məsələ kimi gündəmə gəlir.
Politoloq Tofiq Abbasov Cebhe.info-ya açıqlamasında bildirib ki, erməni lobbisinin aktivləşməsi bir neçə səbəblə bağlıdır.
“Birincisi, onlar ermənilərdən yararlanmağa çalışırlar. Əgər lobbist rolunu öz üzərilərinə götürüblərsə, deməli şəxsi maraqları var. Məqsəd ermənilərin məğlubiyyətini ört-basdır etməkdir. Nəhayət, bu məğlubiyyətin alçaldıcı komponentlərini yumşaltsınlar. Eyni zamanda, nümayiş etdirmək istəyirlər ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ başa çatmayıb və geri qayıtmaq olar. Bu, əslində siyasi sifarişdir. Lobbiçilər də bunu mümkün etməyə çalışırlar. Azərbaycan bunun qarşısını effektiv şəkildə alır. Azərbaycan dünya miqyasında informasiya siyasətinə novatorluq gətirib və susmur. İkincisi, biz ermənilərin yalan məlumatlarını ifşa edirik. Ermənilər uzun illər idi ki, yalan üzərində piramida qurmuşdular. Müharibə vaxtı da Ermənistanın Müdafiə Nazirliyi öz xalqına yalan satırdı.
Onlar üz tutdular Azərbaycanın informasiya kanallarına və həqiqi məlumatın haradan gəldiyini gördülər. Bu, dönüş nöqtəsi idi. Onlar müharibəni uduzduqdan sonra çalışırlar ki, yeni maliyyə imkanlarını işə salsınlar. Pallone, Adam Şiff, Lala Dal kimilərinin meydanda olması təsadüf deyil. Gəlir əldə edən kimi, o insanlar fəaliyyətə başlayır. Amma məsələ bundadır ki, ermənilər bundan hansı qazancı əldə edəcək? Ermənilər həm özlərini aldadırlar, həm də imkan verirlər ki, başqaları onları aldatsın. Deməzdim ki, biz keçilməz maneələrlə üzləşmişik. Azərbaycan güclü təbliğat qurub. Öz sözümüzü dünyaya çatdırırıq. Ermənilər isə məyusdur və informasiya qarşıdurmasında gerilyəirlər. Bizim artan imkanlarımız hələ var. Onlar öz maksimumuna çatıb. Biz isə hələ çatmamışıq. Bu baxımdan Azərbaycan yeni qüvvələri, yeni imkanları bu prosesə cəlb etməlidir”.
Tarix: 12-08-2021, 10:04
Xəbəri paylaş



Xəbər lenti