Vladimir Jirinovski niyə məhz indi danışır? - Təsadüf, yoxsa...
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin "Komsomolskaya Pravda” radiosunun "İtoqi s Jirinovskim” proqramının 30 iyul tarixli buraxılışında Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin əleyhinə səsləndirdiyi qərəzli və hədə-qorxu pafoslu fikirləri günün müzakirədə olan əsas mövzusudur.
Nəzərə almaq lazımdır ki, Jirinovski həmişə ən həssas məqamlarda Azərbaycan haqqında fikirlər səsləndirib. İndiki situasiyada həssaslıq nədədir?
Görünür, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Rusiyada dərin narahatlıq yaradır.
Digər tərəfdən, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qarşısıalınmaz şəkildə inkişaf etməsi rəsmi Moskvanın ölkəmizlə bağlı gələcək "planlarını” da sual altına qoyur.
Həmçinin, Azərbaycanın xarici siyasətinin hesablanmış və dəqiq konturları Rusiyanın regiondakı təsir imkanlarını da azaldır. Jirinovskinin hədəfi sırf Azərbaycan dövlət başçısıdır və o, Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyevi xüsusi göstərişlə hədəf seçib. Ona görə də, Jirinovskinin fikirləri tam ciddiyətlə dərin araşdırılmalıdır. Avqustun 1-də Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota verməsi də məsələnin ciddiyətindən xəbər verir. Ən maraqlısı budur ki, Rusiya Azərbaycanın ən çox not verdiyi ölkədir.
HAŞİYƏ: Jirinovski bütün fəaliyyəti boyu türk dövlətlərinə (xüsusilə də, Türkiyə və Azərbaycan) qarşı böyük proseslərin əsas iştirakçılarından olub. Onun türkoloq olması, şərq ölkələrinin, türk xalqlarının dilini, adət-ənənənsini bilməsi də təsadüfi deyil. O, bəzi müsəlman dövlətlərinin rəhbərləri ilə də dostluq münasibətləri qura bilmişdi. Bütün bunlar Rusiya hərbi kəşfiyyat idarəsinin zabiti kimi Jirinovskinin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Jirinovskinin Rusiya siyasi elitasındakı mövqeyi bizi məsələyə fərqli baxış bucağından baxmağa vadar etməlidir. Heç şübhəsiz, onun Azərbaycan ictimaiyyəti tərəfindən ən sərt sözlərlə tə(h)nqi(r)d olunması anlaşılandır və rusiyalı siyasətçinin uzun illər səsləndirdiyi qalmaqallı, qərəzli fikirlər ona olan münasibətin aqressiv şəkil almasında az rol oynamayıb.
Jirinovski müsahibəsində Qarabağda yerləşdirilən rus hərbçilərinin həyatına təhlükə yaranacağı halda bunun Azərbaycan və prezident İlham Əliyev üçün baha başa gələcəyini iddia edir.
Birincisi, indiyə qədər Qarabağda Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında heç bir insident yaşanmayıb. Halbuki, Rusiya 10 noyabr sazişinin tələblərini yerinə yetirməkdən boyun qaçırır. Məsələn, Qarabağdan erməni terrorçularının təmizlənməsi, hələ də işğal altında saxlanılan bir neçə ərazidə Azərbaycanın suveren hüquqlarının təmin edilməsi, seperatçı rejimin tərksilah olunması istiqamətində Rusiya sülhməramlıları heç bir addım atmayıb və atmır. Həlqələr isə daralır, artıq 10 noyabr sazişinin imzalanmasının üstündən 9 ay vaxt keçir, 3 aydan sonra sülhməramlıların 5 illik missiyasının 1 ili geridə qalacaq. Getdikcə Azərbaycan dövlətinin sülhməramlılar qarşısındakı qanuni tələbləri də artacaq. Bəs sülhməramlılar nə iş görür? Rusiyanın himayəçiliyi altında ermənilərdən ibarət müxtəlif silahlı qruplaşmaları Qarabağa gətirilir, aqressiv və türklərə nifrət edən ermənilərin müxtəlif ərazilərdən Qarabağa köç etməsi təmin olunur, Fransa tərəfindən silah-sursatla təchiz edilməsinə tam səssiz qalır, sərhəddə baş verən təxribatlarla bağlı heç bir aktivlik nümayiş etdirmir, ermənilər üçün məktəblər, yeni yaşayış məntəqələri tikilir, onların "milli” bayramları təm-təraqla qeyd olunur və s.
İkincisi, Rusiyanın əsas istəklərindən biri "sülhməramlı” ifadəsinin qarşısından "müvəqqəti” ifadəsinin götürülməsidir. Bu isə, Azərbaycanın qalib dövlət kimi milli maraqlarına cavab vermir və Rusiya sülhməramlıları 5 illik missiyası başa çatan kimi Qarabağı dərhal tərk etməlidir. Ancaq görünən budur ki, Rusiyanın belə bir niyyəti yoxdur. Vaxtilə Rusiyanın Gürcüstana hücumunun əsas səbəblərindən biri kimi Rusiya hərbçilərini gözləyən "təhlükə”in olması göstərilirdi. Hazırda Jirinovskinin belə bir "təhlükə” barədə danışması ciddi amildir. Ancaq rəsmi Kreml başa düşür ki, Azərbaycan Gürcüstan deyil və Qarabağla bağlı heç bir halda, hətta Rusiyanın təhdidləri qarşısında belə, güzəştə gedilməyəcək. Əgər ermənilər Qarabağda Azərbaycan poasportları ilə yaşamaq istəyirlərsə, yaşasınlar, yox əgər, Rusiya "Krım təcrübəs”inin ilkin və baza detallarını Qarabağda tətbiq etməyi düşünrsə, yenə də yanılır. Elə rəsmi Moskvanın Jirinovskinin dili ilə danışması o deməkdir ki, Rusiya bütün bu mənfur planların reallaşmasına imkan verilməyəcəyini dərk edir.
Jirinovskinin ənənəvi və "hücumçu" mövqeyində həmişə mütləq şəkildə bir geriləmə də müşahidə olunur. Məsələn, Azərbaycan xalqının haqlı müqavimətindən sonra o, Prezident İlham Əliyev haqqında müsbət fikirdə olduğunu açıqlamağa məcbur oldu. Ancaq əsas olan onun mesajlarının alınması idi.
Ancaq Jirinovskiyə xatırlatmalı bəzi məqamlar var: Putin 2000-ci ildən Rusiyanın prezidentidir, düz 21 ildir. Məhz onun dövründə Rusiya qonşu dövlətlərə qarşı daha geniş şəkildə təcavüzkar siyasət həyata keçirdi, müxtəlif qondarma dövlətlər yaratdı və Rusiya bu qondarma ərazilərin müstəqilliyini rəsmən tanıdı. Rusiya 2014-cü ildə ilhaq adı altında Krımı da işğal etdi. Gürcüstanın suverenliyinə təcavüz etdi, 2010-cu ildə Polşanın sabiq prezidentinin Lex Kaçinskinin ölümün iplərinin bir ucu da "şimal ayısı"na gedib çıxır. Ermənistanı da Qafqazda "təhdid” və "şantaj” vasitəsi kimi ayaq üstə saxlayan məhz Rusiyadır.
İlham Əliyev isə Putindən yaşca 11 yaş kiçikdir və 18 ildir xalqın iradəsi ilə Prezident postundadır. Boris Nemtsovun qətli Putinin hakimiyyətinin ömrünü qayçılaya bilərdi, şəksiz, 2015-ci ildə Rusiya müxalifətinin liderinin qətli kimin həqiqi diktator olduğuna tam və isbatsız işarədir. İlham Əliyev işğal altında olan torpaqları azad edib, regionda yeni bir qondarma dövlətin yaranmasının qarşısını alıb, regionun və dünyanın daha böyük inkişaf yolu keçməsi üçün hərbi-siyasi və iqtisadi faktorlar müəyyənləşdirib. Fərq bundadır. Azərbaycanı həmişə zəif görmək niyyəti gec-tez Rusiya üçün də iflasla nəticələnməli idi.
Tarix: 2-08-2021, 16:35
-
Bu gün, 18:23
Sahil Babayev TƏBİB və İTS-də nələrin izinə düşüb? - İlginc detallar
-
Bu gün, 18:12
Kılıcdaroğlu CHP-yə arxadan xəncər saplayır? - Mitinqdən əvvəl asılan plakat böyük maraq doğurdu
-
Bu gün, 18:03
Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qaynaq kəndində şəhid ailələri və qazilərlə görüş keçirib
-
Bu gün, 17:59
Qumar mafiyasının 20 milyonluq sərvəti - Evlər, obyektlər, lüks avtomobillər…
-
Bu gün, 17:51
GƏNCƏ-DAŞKƏSƏN REGİONAL TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ ELÇİN KƏRİMOV İDARƏDƏ BAZAR AÇIB.
-
Bu gün, 17:49
TƏBİB-in sevimli şirkəti- “Medsol”: 7 ayda 22 milyonluq tender mübhəmi
-
Bu gün, 17:46
YIĞILIB QALMIŞ YÜKLÜ ENERJİ: hansı ölkələr çaxnaşmaya sürüklənir? - TƏHLİL
-
Bu gün, 17:39
“Nar” və “YAŞAT” Fondu şəhid övladlarını təbrik etdi - FOTOLAR
-
Bu gün, 10:25
Rövşən Rüstəmovun nəzərinə... “Azərbaycan Dəmir Yolları” QSC-ində öz "qocu"-su var VİDEO
-
Bu gün, 10:22
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
-
Bu gün, 10:16
Maliyyə Nazirliyinin yoxlama apardığı tibb müəssisələrinin SİYAHISI
-
Bu gün, 10:06
Biləsuvar Rayon İcra Hakimiyyətinin yarım milyonluq tenderinə “stop” qoyuldu
-
Bu gün, 10:01
Quba İcra Hakimiyyəti bir ildə iki dəfə yolları təmir edib
-
Bu gün, 10:00
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
-
Bu gün, 09:58
“Sərvət İnşaat”ın 1.5 milyon manat vergi borcu üzə çıxdı - Sahibi görün kim imiş
-
Bu gün, 09:57
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
-
Dünən, 22:57
Sabiqlərlə bağlı sensasion: Azərbaycanın maraqlarına təhlükədir - Siyahı
-
Dünən, 22:55
Nepalda ordunun qoşun yeritməsi ilə xaos güclənir— FOTO
-
Dünən, 22:45
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
-
Dünən, 22:42
Niyə bəzi işçilər ciddi rejim olmasa, işləyə bilmirlər?
-
Dünən, 22:40
Milli Arxiv İdarəsi 326 manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb
-
Dünən, 22:35
Məktəbin "pul çarxı"... "Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar"
-
Dünən, 16:25
Sanksiyalar Putini dayandıra bilərmi – Qərb mediası
-
Dünən, 15:15
Avropanı silkələyən bəyanat: “Ölkə 3 hissəyə bölünür” dedi – İki liderdən müharibə anonsu
-
Dünən, 13:13
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı
-
Dünən, 13:07
Yasamalda “Avant” MTK özbaşınalığı… VİDEO
-
Dünən, 13:06
“Azərişıq”dan NARAZILIQ… Bu xidmətləri işləmir
-
Dünən, 13:03
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT
-
Dünən, 12:49
“Mostbet və 1xBet: Soyğunçuluq imperiyası – Azərbaycan gəncliyi səssizcə məhv olur!”
-
Dünən, 12:14
“Elçin Babayev BDU-nu dədə mülkü kimi idarə edir”