"Radikal müxalifət iqtidarı düşmən hesab etdiyi üçün, Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan haqda mövqeyi onlara ləzzət edib". Bunu
Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı
Tahir Kərimli deyib.
Deputat bildirib ki, müxalifət üçün Azərbaycan dövlətinin, xalqının və rəhbərliyin alçaldılması maraqlı deyil: "Azərbaycan rəhbərliyinin ünvanına tənqid səslənməsi radikal müxalifətin ürəyincədir. Vaxtilə AXCP və Müsavat Partiyasının rəhbərliyi hesab edirdi ki, diktator hesab etdikləri Rusiya onlara kömək edəcək. Maddi və ya siyasi mənada... Hesab edirəm ki, Azərbaycan müxalifətinin susqunluğunun əsas səbəbi budur".
T.Kərimli həmçinin politoloq Altay Göyüşovun tənqidinə də cavab verib: “Altay Göyüşov məni kiməsə bənzədərək deyib ki, Tahir Kərimlinin cəsarəti varsa, Vladimir Putinə "diktator" desin. Burdan bəyan edirəm: Putin əsl diktatordur. Amma cənab Göyüşov, sənin oxşadığın Xruşov kimi demokratdansa, Putin kimi diktator yaxşıdır. Cənab Göyüşov sevinir ki, Jirinovski Azərbaycanda söz azadlığının pozulduğunu deyib. Kül olsun o müxalifətin başına ki, gör kimə istinad edərək sitat gətirir”.
Tarix: 2-08-2021, 15:00