Onlar da yola salınır - İDDİA
Son dövlər korrupsiya və rüşvətxorluqla mübarizə çərçivəsində icra hakimiyyəti strukturlarında aparılan əməliyyatlar cəmiyyətdə maraqla izlənilir.
Dövlətin az qala prioriteinə çevrilən antikorruspiya tədbirlərinin ölkənin məhkəmə-hüquq sisteminə çatacağını isə insanlar səbirsizliklə gözləyir.
Bu arada Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, yaxın zamanlarda Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev və rüşvət hallarına görə məhkəmə orqanlarında adı birinci olan Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev də öz vəzifələri ilə vidalaşacaqlar.
Məlumata görə, hər iki şəxsin yola salınması onların qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə əlaqələndiriləcək.
Sirr deyil ki, Azərbaycanın məhkəmə-hüquq sisteminin mövcud durumu ictimaiyyətlə yanaşı, beynəlxalq təşkilatları da narahat edir. Azərbaycan Prezidentinə edilən çağrışlarda bu sahədə vəziyyət xüsusi qabardılır.
Azərbaycan Prezidentinin 03 aprel 2019-cu il tarixində “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi” haqqında fərmanından sonra bu sahədə vəziyyətin dəyişəcəyinə inam yaranmışdı.
Ancaq həmin dövrdə kampaniya xarakterli tədbirlər təşkil olunsa da nəticə dəyişmədi.
Hətta həmin zaman iqtidaryönümlü medianı başına toplayan Ali Məhkəmə sədri Ramiz Rzayev qanunsuz, ədalətsiz məhkəmə qərarlarına görə yerli hakimləri ittiham etdi.
Ancaq bu tədbirə qatılan jurnalistlərdən birinin cəsarəti çatmadı ki, Ali Məhkəmə sədrinə “ölkənin məhkəmə hakimiyyətinin rüsvayçı hala düşməsində sizin məsuliyət payınız nə qədərdir” sualını versin.
Heç kəsə sirr deyil ki, Azərbaycanın məhkəmə sisteminin məhv olunmasında bu adamın məsuliyyət payı böyükdür. Onun Eldar Mahmudovdan, Zakir Qaralovdan daha çox məsuliyət payı var. Çünki, Konstitusiya ilə məhkəmələr azaddır və hakimiyyətin ayrıca qoludur.
Kim bilir ki, Ramiz Rzayevin miskin duruma düşməsində bəlkə də Eldar Mahmudovun şantaj siyasətinin rolu olub.
Eyni fikirləri Mahmud Nəbiyev haqqında da demək mümkündür. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlərin rüşvətlə verilməsinə dair faktları sadalamaqla qutarmaq olmaz.
Əgər bu iki şəxs yola salınacaqsa və onların yerinə rüşvətdən uzaq adam gətiriləcəksə bundan cəmiyyət və dövlət qazanmış olacaq.
Ramiz Rzayev və Mahmud Nəbiyev kimi adamların fəaliyyətinin nəticəsidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi az qala hər həftə dövlətimizi cərimələyir.
Tarix: 6-05-2021, 19:36
-
Bu gün, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Bu gün, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Bu gün, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Bu gün, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Bu gün, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Bu gün, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Bu gün, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Bu gün, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Bu gün, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bu gün, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
-
Dünən, 09:25
"Assist Finance" şirkəti yenə də gerilədi - DÖVRİYYƏ AZALIR