USAİD-ə “soyqırım aşiqi” rəhbər gətirilir: Bakı hansı seçimi etməlidir?



Bayden Azərbaycanda da fəaliyyət göstərən təşkilata ermənipərəst Samanta Pauerin namizədliyini irəli sürüb; Hikmət Hacıyev onun mövqeyini pislədi, hüquq müdafiəçilərindən fərqli rəylər...

Qondarma erməni soyqırımını tanıyan ABŞ prezidenti Co Bayden Azərbaycanda da fəaliyyəti olan USAİD-ə rəhbərlik etmək üçün Samanta Pauerin namizədliyini irəli sürüb. Ekspertlərin fikrincə, bununla USAİD təşkilatı erməni təbliğat maşınına çevriləcək. S.Pauer bəyan edir ki, o, sanki 25 apreldə, genosid günü doğulub.
İrlandiyada anadan olmuş 50 yaşlı Pauerin bütün tədqiqatı genosidlərlə bağlıdır. “Yeni Müsavat” xəbər verir ki, o, “Cəhənnəmdən problemlər: Amerika genosidlər əsrində” kitabının müəllifidir. Təhlilçilərin qənaətinə görə, Pauer USAİD-in başına keçər-keçməz, burada da əsas hədəfi erməni soyqırımı mövzusu olacaq. Bu təşkilat əslində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə Agentliyinin adıdır.
Yəni ştatların federal hakimiyyətinin müstəqil agentliyidir və dövlət katibinə tabedir. Agentliyin işinin əsas məqsədi sosial-iqtisadi inkişaf və maddi yardım üzrə Amerika hökumətinin proqramlarını bütün dünyada yerinə yetirməkdir.
Artıq Baydenin namizədi ilə bağlı Azərbaycandakı bəzi siyasi ekspertlər ciddi etirazlarını bildirirlər. Onlar USAİD-in Azərbaycana münasibətdə qərəzini gizlədə bilməyəcəyini düşünür. Yeri gəlmişkən, USAİD  həm də ABŞ-ın narıncı inqilablar planlarında yer alan layihələrdən biridir. Bu təşkilatın Corc Sorosla əlaqələrinin olduğu və bir neçə ölkədə (məsələn, Makedoniyada) “rəngli inqilab” təşkil etdiyi bildirilir. Araşdırmalara görə, təşkilat 1992-ci ildən Azərbaycana  300 milyon dollardan çox qrant ayırıb. Əsas istiqamət vətəndaş cəmiyyəti üzərində işləməkdir.
Ayrılan vəsait əsasən qərbyönümlü “Açıq Fikir Universiteti” (bu universitetin bağlanmasına birbaşa ABŞ hökuməti reaksiya vermişdi - E.S), “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” və bu səpkidən olan təşkilatlar arasında bölüşdürülüb.
Hələ 2013-cü ildə ABŞ-ın Ədliyyə Hazirliyi USAİD-lə bağlı maraqlı bir fakt aşkarlayıb. «Röyters»in yazdığına görə, Ədliyyə Nazirliyi USAİD-in mərkəzi ofisində çalışan Layza Qomerin hüquq məsləhətxanaları ilə bağlı elan olunmuş müsabiqədən kənar 155 min dollarlıq vəsaiti keçmiş rəhbərinə verdiyi faktının üstünü açıb. Agentliyin yazdığına görə, bu hələlik tenderdə aşkarlanmış ilk fırıldaqdır. Bu təşkilat dünyanın 100-dən çox dövlətində fəaliyyət göstərir.
Keçmiş prezident Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vəd vermişdi. Onların sırasında Azərbaycanda da fəaliyyət göstərən USAİD-ə maliyyə yardımını minimal həddə azaltmaq da vardı. Hətta təşkilatın Bakıdakı işini dayandıracağı məsələsi zaman-zaman gündəmə gəlib. Lakin reallaşmayıb.
İndi isə qurumun başına ermənipərəst şəxs gətirilir və Pauer bildirib ki, tədbirlərin birində hələ prezident olmayan Co Bayden ona “erməni soyqırımı”nı ilk fürsətdə tanıyacağını demişdi. Belə namizədə necə etibar etmək olar? Ermənipərəstin rəhbərlik edəcəyi təşkilatın Azərbaycanda fəaliyyəti durdurulmalıdırmı?
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb ki, Samanta Pauer bir tərəfdən Azərbaycan xalqına qarşı Xocalı soyqırımını və digər vəhşilikləri törədən müharibə cinayətkarı Serj Sərkisyanın tərəfini tutur, digər tərəfdən qondarma “erməni soyqırımı”nın tanınmasına çağırır. H.Hacıyevin sözlərinə görə, burada bir şey digərinə ziddir: “Ümid edirik ki, Pauer USAİD direktoru olaraq bu məsələni erməni təbliğatı məqsədləri üçün istifadə etməyəcək”.
Novella Cəfəroğlu cəbhəyə getmək istəyir » Reyting.az
Novella Cəfəroğlu
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Pauerin ermənipərəst olması heç nəyi dəyişmir. Onun fikrincə, Azərbaycan öz gücünə və dostlarına güvənməlidir: “Düşmənin necəliyindən asılı olmayaraq, özümüzə tərəf çəkməyi bacarmalıyıq.  Pauer qoy USAİD-in rəhbəri olsun, biz onu özümüzə tərəf çəkməliyik, Azərbaycana dəvət etməliyik, həqiqətləri ona göstərməliyik. Əgər qəbul etməsə, bu başqa məsələ, onda öz işlərimizi görək, fəaliyyətimizi davam etdirək, dostlarımızla birgə Azərbaycan üçün mübarizəmizi aparaq. Ona görə mən USAİD-in başına kimin gətirilməsindən narahat deyiləm”.
Biz çox böyük, səs-küylü həbslərin şahidi olacağıq” – Çingiz Qənizadə |  KONKRET
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Pauerlə bağlı məsələdən xəbərdardır və onun namizədliyi haqda kifayət qədər məlumatlıdır. Ç.Qənizadə qeyd etdi ki, S.Pauerin qondarma soyqırımın tanınması istiqamətində fəaliyyətini bilir və onun USAİD rəhbərliyinə namizədliyinin irəli sürülməsi təsadüfi deyil: “Onun namizədiyi Bayden və administrasiyasındakı ermənipərəst qüvvələrin təşəbbüsü ilə irəli sürülüb. Onlar bütün sektorlarda ermənipərəstləri yerləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Belə olan halda USAİD-in fəaliyyətinin şəffaf və demokratik dəyərlərə söykənəcəyinə şübhə etməyə başlayırıq”.
Hüquq müdafiəçisi bununla belə, bir qədər gözləməli olduğumuzu düşünür: “Biz baxmalıyıq ki, onun təşkilatın başında fəaliyyəti necə olacaq. Pauerin fəaliyyətinə adekvat mövqe sərgiləməliyik. Əgər türk dünyasına qarşı olacaqsa, saxta tarixi ortaya atacaqsa, haqsız mövqedən çıxış edəcəksə, o zaman USAİD-in Azərbaycanda fəaliyyətini şübhə altına almaq qərarına gələcəyik və dövlət bu yöndə müvafiq mövqeyini bildirməlidir”.
Fikrət Sadıqov: Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir - İki  sahil
Fikrət Sadıqov 
Politoloq Fikrət Sadıqov deyib ki, belə bir təşkilatın rəhbərliyinə ermənipərəst bir insanın gətirilməsi əlaqələrimizə öz təsirini göstərəcək: “Bundan əvvəl də USAİD təşkilatı Ermənistana COVİD-19-la bağlı çoxlu investisiyalar yatırmışdı. Təşkilat ermənilərə bu müddətdə pul vermişdi, dəstək olurdu”.
Politoloqun sözlərinə görə, ABŞ Dövlət Depertamentinin rəhbərliyi altında fəaliyyət göstərən bu təşkilatın ermənipərəst fəaliyyəti bizə əvvəldən bəllidir. “Bizim bu təşkilata heç ehtiyacımız da yoxdur. Hər halda, biz Azərbaycan olaraq USAİD-lə münasibətlərimizi tam qırmasaq da, ehtiyatlı olmalıyıq və öz prinsipial mövqeyimizi həmişəki kimi bundan sonra da nümayiş etdirməliyik”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Tarix: 28-04-2021, 15:18
Xəbəri paylaş



Xəbər lenti