Ukrayna lideri: “Krım və Donbass Çernobıldan da pis olacaq”


Ukrayna lideri: “Krım və Donbass Çernobıldan da pis olacaq”
Vladimir Zelenski: “Bu bölgələrimizin yerli əhalisi ukraynalı olduqlarını anlamalı və Ukrayna vətəndaşı olmaq istəməlidirlər”
 
Ukrayna Prezidenti Vladimir Zelenski Krımın və Donbass ərazisinin Çernobıldan da pis olacağını deyib. AYNA-nın xəbərinə görə, Fransanın “Le Figaro” qəzetinə verdiyi müsahibəsində Zelenski deyib ki, Krım və Donbass Ukraynanın tərkibində olmasa, orada xoşbəxtlik olmayacaq.
 
“Məsələn, Abxaziya və Dnestryanı bölgədə elmi irəliləyiş yoxdur, müəssisələr yoxdur, müasir tikililər yoxdur. İnsanlar o bölgələrdə xoşbəxtlik olmadığı üçün tərk edirlər. Krım və Donbass da Ukraynanın tərkibində olmasa “ölü” ərazi olacaq. Çernobıldan da pis olacaq”, - Zelenski vurğulayıb.
 
Ukrayna lideri hesab edir ki, bu bölgələrinin yerli əhalisi ukraynalı olduqlarını anlamalı və Ukrayna vətəndaşı olmaq istəməlidirlər: “Krımın Rusiyanın tərkibində gözəl gələcəyinin olacağını, “dəniz kənarında inci” olacağını söyləyən insanlar var idi. Ancaq heç bir şey olmadı. İşğaldan sonra orda vəziyyət daha da pisləşdi. Turizm yoxdur, müəssisə yoxdur, iş yoxdur, su yoxdur. Əvəzində isə hər şey bahadır. Buna görə də inanıram ki, onlar üçün Ukraynasız gələcək yoxdur”.
Tarix: 16-04-2021, 18:37
Xəbəri paylaş



Xəbər lenti