“Ermənistana, ermənilərə qarşı nifrət yaymaq savadsızlıqdır” - Müsavat başqanının müavini




“Hazırda Ermənistana, ermənilərə qarşı nifrət yaymaq, beynəlxalq hüquqla Ermənistan ərazisi sayılan ərazilərə iddia etmək savadsızlıqdır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib.
 
S.Soltanlı bildirib ki, bu kimi iddialar Rusiyanın bölgədə “sülhməramlı” adı altında uzunmüddətli qalmasına, Ermənistanın Rusiyaya daha çox sığınmasına, Rusiyanın bölgədəki siyasətinə birbaşa dəstək verməkdir.
Tarix: 7-04-2021, 09:24
Xəbəri paylaş



Xəbər lenti