"Son savaşımızda Türkiyə qardaşlığını bir daha təsdiqlədi, amma Milli(!) Məclisimiz “PKK”-nı, “ASALA”nı...”
“Yadımdadır ki, Milli Ordumuzun müzəffər 44 günlük savaşından öncə, təxminən 2020-ci il sentyabrın əvvəllərində də bu məsələni sizinlə danışmışdıq və Moderator.az-da təqdim edilmişdi. O zaman Azərbaycan ictimaiyyətinə sual etmişdim ki, Türkiyənin 40 ilə yaxındır on minlərlə dinc vətəndaşını, yüzlərlə hərbçisini şəhid edən, eyni zamanda Qarabağdakı son müharibəmizdə ermənilərə dəstək verməsi də təsdiqlənən “PKK” terror təşkilatı niyə hələ də Azərbaycanda rəsmən terrorçu bir təşkilat kimi tanımır? Biz Türkiyəyə “qardaş” deyiriksə, niyə “PKK”-nı terrorçu kimi tanımırıq?..”
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev diqqətə çatdırıb.
“Bu gün yenə, bir daha eyni sualı təkrar edirəm: Türkiyə II Qarabağ savaşında bizə hərbi-siyasi və diplomatik dəstəyini açıq şəkildə nümayiş etdirərək bizimlə birgə torpaqlarımızın böyük hissəsinin, ən azı, Şuşanın, Kəlbəcərin, Laçının xeyli hissəsinin azadlığına nail olmaqla öz etibarlı qardaşlığını, dostluğunu bir daha təsdiqlədi. Bəs bunun müqabilində bizim parlament nədən “PKK”-nı terrorçu kimi tanımır? Hələ üstəlik, ötən dəfə yadımdan çıxmışdı deyəm: Azərbaycan parlamenti heç “ASALA” və “Daşnaksütyun” erməni terror təşkilatlarını da rəsmən terrorçu təşkilat kimi tanımayıb. Heç olmasa, bunu etsinlər də ... Hələ 1990-cı illərdə deputat olanda da mən bu məsələləri qaldırmışdım. Onun üstündə mənim başıma çox oyunlar açmışdılar...”
Politoloq Azərbaycan Prezidentinin bir çox məsələlərdə daim “bir millət-iki dövlət” deyə Türkiyənin yanında olduğunu da vurğulayıb.
“Prezidentimiz daim ölkə, region və dünya miqyasında Türkiyəni bir qardaş kimi bacardığı qədər dəstəkləyir. Buna aid saysız faktlar söyləmək olar. Amma Milli(!) Məclisimiz bunlardan nəticə çıxarıb qardaş Türkiyənin düşmənlərinə qarşı bu gərəkli qəti addımları atmır. Niyə? Hələ 2004-cü ildə ABŞ, hətta Rusiya, eləcə də bir çox Avropa ölkələri “PKK”-nı da, “ASALA”nı da terrorçu təşkilat kimi tanıyıb... Bəs biz nəyi gözləyirik?..
Parlamentimizdə buna kimlərin əngəl yaratdığını, bunun başında konkret kimin durduğunu da bilirəm. Bunu, yəqin ki, çoxları da bilir. Bildiyimə görə, bir dəfə eks-spiker Oqtay Əsədov da bu məsələni qaldırmağa cəhd edib, imkan verməyiblər... Bu gün – müharibədən sonra Türkiyə ilə birliyimizin daha da sıxlaşdığı bir vaxtda da buna mane olurlar. İndiki spiker Sahibə Qafarovaya da əngəl olurlar bu məsələni qaldırmağa... Onlar bəhanə gətirirlər ki, heç Türkiyə parlamenti sözügedən təşkilatları terrorçu kimi tanımayıb... Amma indiki deputatlarla bu haqda söhbətimiz olub. Onlara başa salımışam ki, heç olmasa, gedin Türkiyə qanunvericiliyi ilə tanış olun: Türkiyə Ana Yasasına görə terrorçu təşkilatları parlament yox, Ali Məhkəmə tanıyır. Bunu da Türkiyə Ali Məhkəməsi on illər öncə edib...
Bilirsiz, Milli Məclisdə tez-tez türkçülükdən danışanlar da günahkardırlar. İndiyədək niyə bir dəfə dəyərli parlamentimizin beşcə dəqiqə vaxtını alıb qanunverici təşəbbüslə çıxış edərək “PKK”-nın, “ASALA”-nın, “Daşnaksütyun”un terrorçu təşkilat kimi tanınması məsələsini gündəmə gətirmirlər?. Özü də parlamentdə bu sahə üzrə yaxşı mütəxəssislər də var. Məsələn, deputat Əziz Ələkbərli tarixçidir və terrorçu təşkilatların tarixini yaxşı bilir...” –deyə istiqlalçı deputat xatırladıb.
Tarix: 6-04-2021, 16:46
-
Bu gün, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Bu gün, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Bu gün, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Bu gün, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Bu gün, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Bu gün, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Bu gün, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Bu gün, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Bu gün, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bu gün, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
-
Dünən, 09:25
"Assist Finance" şirkəti yenə də gerilədi - DÖVRİYYƏ AZALIR