“Azərbaycan, Türkiyə və Rusiya “qamçılanmaq üçün oğlan” seçilib” – ALEKSANDR RAR


“Azərbaycan, Türkiyə və Rusiya “qamçılanmaq üçün oğlan” seçilib” –     ALEKSANDR RAR
Almaniyalı politoloq: “Əgər Azərbaycan Gürcüstan və Ukrayna kimi sərt anti-Rusiya kursunda olsaydı, o zaman təriflənər və doğru ölkə sayılardı”
 
Alman mediası Azərbaycanı ilk növbədə daxili siyasi mübarizəyə görə tənqid edir. Bunu AYNA-ya, alman mediyasında Azərbaycanla bağlı tənqidi materialların sayının artmasının səbəblərindən danışan almaniyalı politoloq Aleksander Rar deyib.
 
Xatırladaq ki, bir neçə həftədir Almaniya KİV-lərində Bundestaq deputatlarının iştirak etdiyi bir qalmaqal alovlanır. İddialara görə, Azərbaycanın maraqları üçün lobbiçilik etmək müqabilində bu deputatlar pul alıblar. Amma liberal alman mediası bununla da kifayətlənmir və Azərbaycan hakimiyyətini insan haqlarını və cinsi azlıqların hüquqlarını pozmaqda ittiham etməkdə davam edir.
 
“İnsan hüquqlarının pozulması, korrupsiya və bu kimi səbəblərdən alman mediasının Azərbaycana hücum etməsi Ermənistanla və ya Qarabağ müharibəsi ilə əlaqəli deyil. Çoxlarına elə gələ bilər ki, bütün bunlar erməni lobbisinin işidir, amma bu, reallıqdan çox uzaqdır. İndiki tənqid Almaniyanın daxili siyasətinin nəticəsidir”, - deyə Rar bildirib.
Александр Рар: «Азербайджан привлек на свою сторону многих европейских  политиков» - эксклюзив — Haqqin
Politoloqun sözlərinə görə, Almaniyada seçki kampaniyası başlayır və bu səbəbdən “yaşıllar” kimi liberal müxalifət partiyaları “cadu ovu”na başlayıb: “Və onlar Azərbaycanla hansısa əlaqəsi olan mühafizəkar siyasətçilərə hücum edirlər. Liberal mətbuat, öz yazdıqları kimi “Rusiya, Türkiyə, Azərbaycan kimi avtoritar ölkələrlə işləyən” siyasətçiləri axtarmağa başlayır. Sadəcə seçki kampaniyası başlayır və ictimai rəy “liberal dəyərlər siyasətinin ənənəvilik və ya avtoritarizm siyasəti üzərində mütləq qələbə çalmalı olmasına” hazırlanır”.
 
Analitik hesab edir ki, bu proses seçki kampaniyasının “özəlliyi”dir  və daha da güclənəcək: “Rusiya, Türkiyə kimi Azərbaycan da burada “qamçılanmaq üçün oğlan” olaraq seçildi. Almaniyada Azərbaycanla əlaqəli olan siyasətçilərin korrupsiya pulu aldıqlarına və “murdar əməllərlə” məşğul olduqlarına inanılır. Almaniyada eyni Ermənistan, Ukrayna, Moldova, Gürcüstanla işləyən siyasətçilər olmasına baxmayaraq, bu cür millət vəkilləri tənqid olunmur, əksinə, “düzgün” ölkələrlə işlədikləri üçün başlarına sığal çəkilir. “Düzgünlər”lə işləməyənlər sərt tənqid olunur”.
 
Rar alman liberalların Azərbaycanı Belarus, Rusiya, Türkiyə ilə birlikdə bir səbətə “atdığını”, sözdə avtoritar ölkələrə hücumlarla Baydenin əlinə oynamağa çalışdıqlarını da əlavə edib: “Putin, Ərdoğan, Si Tzinpin kimi liderlərə hücumlar indi daha da güclənəcək. Və Əliyev də bu siyahıya daxil ediləcək, çünki Azərbaycan rejimi həm də qeyri-Qərb, qeyri-azad kimi qəbul edilir”.
 
“Mən bunun qorxulu olmadığını düşünmürəm. Avropa yenə də qazı Azərbaycan və Rusiyadan alacaq. Qərbdə saf olduğumuzu, liberal dəyərlərimizi hər şeydən üstün tutduğumuzu göstərmək üçün bir görüntü kampaniyası aparılır, ancaq bu dəyərlər başqalarından üstün olmağımız üçün istifadə edilir”, - deyə həmsöhbətimiz vurğulayıb.
 
Politoloq təəssüf hissi ilə düşünür ki, belə bir informasiya siyasəti daha da sərtləşəcək: “Və bu, həqiqətən liberal dünyanın çılğınlıqla özünü qorumağa başladığını göstərir. Bir neçə il əvvəlki kimi özlərini inamlı hiss etmirlər. Azərbaycan Gürcüstan və Ukrayna kimi sərt bir anti-Rusiya kursunda olsaydı, o zaman təriflənər və doğru ölkə sayılardı. Ümumiyyətlə, Qərbdə, Avropada postsovet ölkələrinə çox primitiv baxırlar: Rusiyanı tənqid edən ölkə yaxşıdır, hətta bu ölkədə Qərb tərzi demokratiyanın elementləri olmasa da. Bütün bunlar ideoloji geopolitikanın məntiqində baş verir”.
Tarix: 3-04-2021, 08:50
Xəbəri paylaş



Xəbər lenti