Müxalifət niyə bir araya gələ bilmir? – Partiya liderlərinin cavabları
Yeni Azərbaycan Partiyasının son qurultayında 5 siyasi təşkilat hakim partiyaya birləşdi. Müxalifət düşərgəsində isə birləşmə ilə bağlı hansısa hərəkətlənmələrin olması ilə bağlı partiya sədrlərinin münasibətini öyrəndik:
Xalq Partiyasının sədri Pənah Hüseyn Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda müxalifətdaxili münasibətlərdə durğunluqdur:
"Əksinə, yeni siyasi partiyalar yaranır. 10-dan çox partiya qeydiyyata alınıb. Prezident Adminstrasiyası ilə partiyalar arasında müəyyən proseslər gedir, partiyalara qərargahlar verilir. Hazırda partiyaların birləşməsi yox, yeni partiyalaşma prosesi müşahidə olunur. Hansısa partiyaların bir-birinə birləşməsi və ya inteqrasiyası ilə bağlı məndə informasiya yoxdur. Normal siyasi proses istiqamətindən danışsaq, azad və ədalətli seçki prosesi olsa, bu halda partiyalar arasında inteqrasiya, hətta birləşmə prosesi də gözlənilə bilər. Burada müxalifəti nəzərdə tuturam. Çünki seçkidə normal iştirak eləmək üçün qüvvələri birləşdirmək lazım gəlir. Hazırda belə bir situasiya da yoxdur. O baxımdan, proses görünmür. Amma müəyyən təşəbbüslər var ki, müxalifət partiyaları arasında (iqtidara loyal və ya radikal olmasından asılı olmayaraq) arzuolunan qüvvələrin məsləhət və məşvərət, fikir mübadiləsinə daimi imkan verən bir təsisatı olsun. Bu da hələlik bir təşəbbüsdür, baş tutub-tutmayacağı yəqin məlum olar”.
Müsavat partiyasının sədri Arif Hacılı gerçək müxalif partiyaların təmərküzləşməsini vacib sayır:
"Gerçək müxalifət partiyaları arasında əməkdaşlıq münasibətləri var. Bəzi müxalifət partiyaları arasında normal və qarşılıqlı münasibətlər sistemi formalaşıb. Hansısa partiyaların bir-biri ilə birləşməsi ilə bağlı hər hansı bir məlumatım yoxdur. Əslində siyasi qüvvələrin birliyi dedikdə siyasi təşkilatların birləşməsi yox, daha çox onların birgə fəaliyyəti nəzərdə tutulmalıdır. Söhbət iqtidarın nəzarətində olan müxalifət partiyalarından yox, gerçək müxalifətdən gedir. Gerçək müxalifət partiyaları arasında iş birliyinin və əməkdaşlığın olması zəruridir. Arzuolunan səviyyədə olmasa da, gerçək müxalifət partiyaları arasında əməkdaşlıq mövcuddur”.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin bir araya gələ bilməməsinin səbəblərinə toxunub:
"Partiyaların birləşməsi və təmərküzləşməsi vacib və zəruridir. Siyasi partiyaların dağınıqlığı siyasi nəticələr əldə olunmasına ciddi mane olur, ümumi çaşqınlıq yaradır. Onsuz da Azərbaycanda bu qədər siyasi partiyanın olmasına ehtiyac da yoxdur. Ən yaxşı halda Azərbaycanda 3-4 partiya olmalıdır. Ona görə mənə elə gəlir ki, süni demokratiyadan sui-istifadə kimi meydana çıxan partiyaların fəaliyyətinə son vermək lazımdır. Həm iqtidar, həm də müxalifət partiyaları təmərküzləşməlidir. Bu gün iqtidardan bəhrələnən və İlham Əliyevi tərifləyən partiyaların fəaliyyətinin nə mənası, nə məntiqi var. Eləcə də ümumi dəyərləri bölüşdürən müxalif təşkilatların ayrı-ayrı partiyalar şəklində olmasının heç bir mənası yoxdur. Bu baxımdan, düşünürəm ki, ölkədə siyasi inkişaf istəyiriksə, mütləq yalançı çoxpartiyalılıqdan real çoxpartiyalılığa keçid eləmək lazımdır. Hazırda müxalifət düşərgəsində təmərküzləşmə ilə bağlı heç bir cəhdlər yoxdur. Partiyalar birləşən zaman bir-birinə güzəştlər edə bilməlidir...”
Tarix: 31-03-2021, 21:47
-
Bu gün, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Bu gün, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Bu gün, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Bu gün, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Bu gün, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Bu gün, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Bu gün, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Bu gün, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Bu gün, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bu gün, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
-
Dünən, 09:25
"Assist Finance" şirkəti yenə də gerilədi - DÖVRİYYƏ AZALIR