Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin təşəbbüsü ilə Moldova mediasında Azərbaycanın təbliğatı uğurla davam etdirilir. Bu gün 31 Mart Soyqırımı Günü ilə bağlı Moldovanın nüfuzlu və tanınmış bir neçə xəbər portalında müəllifi azərbaycanlılar olan təbliğat yazıları dərc edilmişdir.
Həmin yazılar haqqında qısa xülasəni və yayımlandığı media qurumunun linkinin əlavə edilmiş hissəsini təqdim edirik:
1. Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “noi.md”də yayımlanan məqaləsi
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür. Bununla bağlı Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun Moldovanın nüfuzlu “noi.md” xəbər portalında "В Азербайджане высоко чтят память жертв геноцида" başlıqlı məqaləsi dərc edilib.
Məqalədə daşnak-bolşevik birləşmələrinin 1918-ci ildə Bakıda və digər rayonlarda törətdikləri qırğınlar barədə həqiqətlər yer alır. Həmçinin bildirilir ki, bu illərdə- Birinci Dünya Müharibəsi dövründə azərbaycanlıların ən böyük etnik təmizləməsini həyata keçirilib. İnsanlığa sığmayan qətllər zamanı ermənilər insanları diri-diri yandırır, evləri od vurur, milli memarlıq inciləri sayılan tarixi abidələri, eləcə də məktəbləri, xəstəxanaları, məscidləri dağıdırdılar. Ümumən isə onlar Bakının böyük hissəsini xarabalığa çevirdilər.
Qüdsi Osmanov məqalədə onu da qeyd edir ki, SSRİ dövründə 1918-ci il mart hadisələri xüsusilə araşdırılmamışdı, çünki hakim dairələrdə çox sayda ermənilər var idi. Beləliklə, istintaq zamanı şahid ifadələri sənədlərdən çıxarılırdı. Əksər hallarda isə şahidlərin ifadələri ermənilər tərəfindən alınırdı. Daha sonra həqiqətləri gizlətməkdə maraqlı olan qüvvələr, o dövrdə baş verən hadisələrə dair arxiv materiallarını tamamilə məhv ediblər.
Yalnız 80 il sonra həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Qeyd edək ki, məqalə rus və rumın dillərində dərc edilib.
Məqalənin Moldova mətbuatındakı linkinə keçid: https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida
2. Milli Məclisin sədr müavini, deputat Adil Əliyev “tribuna.md”də yayımlanan məqaləsi
Azərbaycanlı deputat, Milli Məclisin sədr müavini Adil Əliyevin “31 МАРТА - ДЕНЬ ГЕНОЦИДА АЗЕРБАЙДЖАНОВ” adlı məqaləsi Moldovanın nüfuzlu informasiya agentliyi olan tribuna.md saytında dərc edilib. Məqalə 31 Mart Soyqırımı Gününün 103-cü il dönümünə həsr edilib. Müəllif məqalədə ilk olaraq 1918-ci ildə nə üçün erməni-bolşevik silahlı birləşmələri tərəfindən 50 min azərbaycanlının öldürülməsi sualını qoyur. Daha sonra hadisələri tarixi aspektdən təhlil edir və soyqırım haqqında çoxşaxəli yanaşma təqdim edir.
Həmçinin deputat soyqırımı cinayətinin hüquqi əsası barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı da xatırladır. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.
Son olaraq qeyd edilir ki, həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verilmişdir. Fərmana əsasən, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Qeyd edək ki, məqalə rus və rumın dillərində dərc edilib.
Məqalənin Moldova mətbuatındakı linkinə keçid: https://tribuna.md/ru/2021/03/31/ru-31-%d0%bc%d0%b0%d1%80%d1%82%d0%b0-%d0%b4%d0%b5%d0%bd%d1%8c-%d0%b3%d0%b5%d0%bd%d0%be%d1%86%d0%b8%d0%b4%d0%b0-%d0%b0%d0%b7%d0%b5%d1%80%d0%b1%d0%b0%d0%b9%d0%b4%d0%b6%d0%b0%d0%bd%d1%86%d0%b5%d0%b2-2/
3. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin “ava.md”də yayımlanan məqaləsi
Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı günüdür. Bununla bağlı Moldovanın tanınmış ava.md xəbər portalında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin “Геноцид 31 Марта: страницы истории, обагренные кровью” başlıqlı məqaləsi dərc edilib. Məqalədə erməni-daşnak birləşmələrinin dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım faktları yer alır.
Müəllif məqalədə həmin dövrdə və ondan əvvəl baş vermiş hadisələrə işıq salaraq hadisələri üç yarımbaşlıqla ümumiləşdirərək geniş şərh edib. Belə ki, məqalə ilk olaraq “Tarixən türk millətinə qarşı dəyişməyən erməni xisləti”, daha sonra “Mart soyqırımı - erməni vəhşiliyinin bariz nümunəsi”, sonda isə “Türkün qisası qiyamətə qalmaz - 44 günlük şərəf yolu” hissələri adı altında verilib.
Son olaraq müəllif Ermənistan rəsmilərinin Ermənistan Respublikasından kənarda quraşdırılmış raketlərdən açılan atəşlə törədilən cinayətlər də daxil olmaqla, Azərbaycan Respublikasına qarşı törədilən bütün müharibə cinayətlərinə görə məsuliyyət daşıdıqlarını qeyd edir. Bildirilir ki, Azərbaycan isə öz haqlı mübarizəsindən geri çəkilməyəcək. İndi bu mübarizə müzəffər Ali Baş Komandan və idarəçilik qabiliyyəti ilə siyasi arenada yüksək nüfuza malik olan Prezindent İlham Əliyevin başçılığı altında daha inamla yeni dövrə keçid edib.
Məqalənin Moldova mətbuatındakı linkinə keçid: https://ava.md/2021/03/31/genocid-31-marta-stranicy-istorii-obagrenny
Tarix: 31-03-2021, 20:54