“Bizim Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı, yaxşı münatibətlərimiz var”.“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumetı i faktı” qəzetinə müsahibəsində bildirib.
“Bu münasibətlərin çoxsaylı qarşılıqlı faydalı aspektləri mövcuddur. Bizim Ermənistanla da yaxşı tarixi münasibətlərimiz var”, - o deyib.
D.Peskov hesab edir ki, Dağlıq Qarabağda müharibənin dayanmasında Rusiya prezidenti Vladimir Putinin şəxsən rolu var və bunu hamı yadda saxlamalıdır.
Tarix: 30-03-2021, 10:10