““Şimal Axını-2” ilə əlaqəli bütün şirkətlərə qarşı məhdudiyyətlər tətbiqinə davam edəcəyik” ABŞ-ın dövlət katibi Antoni Blinken “Şimal Axını – 2” layihəsi ilə bağlı Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyini açıqlayıb. AYNA bildirir ki, bu barədə Bliknen CNN telekanalına müsahibəsində deyib.
Dövlət katibinin sözlərinə görə, ABŞ-ın qaz kəmərinin tikintisinə qaşı əks mövqedə olduğu Almaniyaya bildirilib: ““Şimal Axını-2” ilə əlaqəli bütün şirkətlərə qarşı məhdudiyyətlər tətbiqinə davam edəcəyik”.
Bundan əvvəl Ağ Ev qeyd etmişdi ki, “Şimal Axını – 2” qaz kəməri Avropanı bölməyə və Avropanın enerji təhlükəsizliyini zəiflətməyə yönəlmiş bir geopolitik layihədir.
Bu arada, Almaniya rəsmiləri Vaşinqtonun layihəyə qarşı müqavimətini zəiflətmək üçün yollar axtarır. Birincisi, Berlin inşaat başa çatdıqdan sonra danışıqları aktiv mərhələyə keçirmək üçün danışıqları süründürməyə çalışır. Bundan əlavə, almanlar ABŞ-ın sanksiyalarından imtina etməsi qarşılığında Ukraynaya dəstəyi gücləndirməyi təklif edirlər.
Tarix: 29-03-2021, 08:49