ABŞ-ın Rusiyaya hərbi qadağasının bir səbəbi var





ABŞ-ın Rusiya ilə silah və müdafiə xidmətlərinin idxalı və ixracına tam qadağa qoyması yalnız simvolik əhəmiyyətə malikdir.
Axar.az xəbər verir ki, bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko deyib.
"Bu sanksiyalar siyasi və simvolik xarakter daşıyır. Rusiya ABŞ-dan hərbi məhsul almır və ya təmin etmir, bu baxımdan Rusiyaya bunun zərəri ola bilməz. Bu, düşmənçiliyin təsdiqindən başqa bir şey deyil. Bayden rəhbərliyinin Kremlə qarşı bu qərarları praktik baxımdan sıfra bərabərdir", - Korotçenko vurğulayıb.
Qeyd edək ki, ötən gün ABŞ Rusiyanı silah ixracının və idxalının tam qadağan olunduğu ölkələrin siyahısına daxil edib.
Tarix: 18-03-2021, 09:37
Xəbəri paylaş



Xəbər lenti