Səfir iddialara cavav verdi: “Heç vaxt Krımda olmamışam, hətta...”


Ermənistan mediasında Ukrayna Baş Prokurorluğunun Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanova qarşı “Krıma qanunsuz səfər” ittihamı ilə cinayət işi açdığı barədə xəbərlər yayılıb.
Neqativ.com xəbər verir ki, səfir hətta Sovet dövründə belə Krımda olmadığını, bu xəbərlərin tamamilə yalan və uydurma olduğunu və onu ləkələmək üçün bir aydan çoxdur ki bir kampaniya başladıldığını bildirib:
“Əlbəttə ki, bütün bu yazılanlar saxtadır. Ancaq bunu ermənilər yox, bəzi azərbaycanlı fəallar başladıblar. Aydın məsələdir ki, kimsə bunu qəsdən edir. İndi bu saxta xəbərlər erməni mediası tərəfindən götürülüb. Bir daha təkrar edirəm, heç vaxt Krımda olmamışam, hətta SSRİ dövründə də. Bunu isbat etmək çox asandır”. /Caliber.az
Tarix: 17-03-2021, 22:32
Xəbəri paylaş



Xəbər lenti