Baş redaktor: ""5-ci kolon" bu ölkədən təmizlənməyincə, əsəblər çox tarıma çəkiləcək"


Baş redaktor: ""5-ci kolon" bu ölkədən təmizlənməyincə, əsəblər çox tarıma çəkiləcək"

"İnsanlar bir tikə çörək üçün dayanacaqlarda "qaçdı-tutdu" oynayır, ağız-ağıza, nəfəs-nəfəsə avtobuslarda "canbir qəlbdə" dayanacaq-dayanacaq işlədiyi və ya yaşadığı ünvana qədər koronavirusu "fəth edir". Hansısa məmur dövlətin vəsaitini talayaraq, özünə Qusarda 16 milyona bağ alır...
Metronu açmırlar, bayramda insanları öz ölülərini ziyarət etməmək üçün Operativ Qərərgah sərt qapanma ilə xoflandırır, amma hansısa məmur özünə 16 milyona bağ alır..."
Bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov deyib.
""5-ci kolon" bu ölkədən təmizlənməyincə, əsəblər çox tarıma çəkiləcək. Sanki hansısa gizli əllər insanları dövlətdən incik salmaqda israrlıdır. Dövlətlə xalq arasında 44 günlük müharibə ilə finişə çatan əzəmətli birlik onları çox narahat edir. Bir-birlərinin sirrini açmaq bahasına olsa belə, insanları qeyzləndirmək, bu birliyi pozmaq üçün çaba verirlər. Məqsədləri Azərbaycanı indiki Ermənistanın gününə salmaqdır. Köhnəldikcə zamanımızı da köhnəltmək istəyirlər.
Bu adamlardan da, dövlətin vəsaitini şəxsi saraylarına, bağlarına xərcləyənlərdən də, o vəsaiti təyyarələrlə xaricə daşıyıb təkcə özünə, ailəsinə yox, həm də yeddi arxa dönəninə İngiltərədə, Xorvatiyada, Çexiyada, az qala Nigeriyada da mal-mülk alanlardan da, biznes quranlardan da xilas olmaq zamanıdır",-deyə baş redaktor bildirib..
O,"Dövlətin etibar etdiyi adamlar, yenilikçi məmurlar bu vəziyyəti vaxtında dəyərləndirməklə, dövlətə də, hakimiyyətə də öz sədaqətlərini sübut etməlidir. Tələsmək lazımdır, yoxsa bunlar millətin birliyini pozmaq, onu etirazçı kütləyə çevirmək üçün dəridən-qabıqdan çıxırlar...",- deyə vurğulayıb.
Tarix: 11-03-2021, 16:23
Xəbəri paylaş



Xəbər lenti