Fuad Muradovun İsveçrə sərgüzəştləri: - Rəsmi Bernin notası Bakıya niyə yetişməyib?
44 günlük Vətən müharibəsi ərzində xaricdəki Azərbaycan diasporası qarşıya qoyulan vəzifələrin icrasındakı uğursuzluğu ilə bir daha gündəmə gəlib.
Ovqat.com xəbər verir ki, bu iddia sosial şəbəkələrdə yayılıb.
“Çox maraqlı faktlar” adlı facebook səhifəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun yarıtmaz fəaliyyətində bəhs olunan yazıda bildirilir ki, Ermənistan xarici ölkələrdə fəaliyyət göstərən diaspora qurumlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi bir vaxtda, sözügedən qurum öz fəaliyyətsizliyi ilə yadda qaldı.
“Rəsmi dövlət qurumu olan Diaspora Komitəsinin bu cür fəaliyyəti (uğursuz) elə birbaşa quruma rəhbərlik edən şəxslərlə əlaqəli idi. Qurumun keçmiş sədri olan Nazim İbrahimov 2018-ci ildə ciddi maliyyə maxinasiyaları və rəhbərliyi dövründə heç bir ciddi iş görmədiyi üçün vəzifədən uzaqlaşdırılıb. Prezident Administrasiyası Nazim İbrahimovun vəzifədən uzaqlaşdırılması ilə bağlı açıqlamada “dövlət tərəfindən ayrılan vəsaitlərin ünvanına çatmaması” faktını qeyd edib”.
Yazı müəllifinin iddiasına görə, Nazim İbrahimovun yerinə hakimiyyətin gənc kadrlarından hesab olunan Fuad Muradovun təyin olunması ilə Komitənin fəaliyyətində ciddi irəliləyişlərin olacağı düşünülürdü: “Yeni sədrin öz sələfinin buraxdığı səhvləri düzəldəcəyi və Azərbaycanın xaricdəki nüfuzu ilə bağlı konkret addımlar atacağı gözlənilirdi.
Lakin məlum olub ki, xaricdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq kimi bir vəzifəni icra etməli olan Fuad Muradov ayrılan vəsaitləri sadəcə kabab qonaqlıqları verməyə, xarici qonaqlara şəkərbura-paxlava paylamağa sərf edib. Əvəzində isə heç qrumda təmsil olunmayan azərbaycanlılar öz hesablarına, könüllü şəkildə Azərbaycanın dövlət maraqları üçün daha çox iş görüblər”.
Fuad Muradovun müharibədən sonra xaricdəki azərbaycanlıların fəaliyyətini öz uğurları kimi qələmə verərək, Azərbaycan qarşısında xidmətlərinə görə şəkərbura-paxlava yediyi şəxslərin, öz qohum əqrəbasının medalla təltif edilməsi üçün çalışdığı vurğulanan məqalədə iddia olunur ki, Diaspora Komitəsinin rəhbəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə bu günə qədər bir biznes və şəxsi gəlir sahəsi kimi yanaşıb:
“Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə biznes ortaqlığı quran Fuad Muradov, Berlində “Karabakh” (“Qarabağ”) və Kölndə “Old Baku” (“Qədim Bakı”) restoranlarının ortağı olub. Lakin bu ortaqlıq uzun çəkməyib və restoranların rentabelli işləmədiyini, alman müştərilərin maraq göstərmədiyini əsas gətirərək ortaqlıqdan çıxıb.
Xaricdəki soydaşlarımıza dəstək üçün nəzərdə tutulan və bu məqsədlə Azərbaycan hökümətindən ciddi maliyyələşdirilən Almaniyadakı “Azərbaycan evləri” mərkəzlərində öz restoran biznesini qurmağa başlayıb.
Yazıda o da iddia olunur ki, Fuad Muradov xaricdə kütləvi təbliğat tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan məkanlardan toy-nişan, doğum günü məclislərinin keçirildiyi şadlıq evi kimi istifadə edib: “Başı Almaniyada qurduğu restoran biznesinə və “Azərbaycan evləri” layihələrinə qarışan Fuad Muradov hansı məqsədlə xaricdə olduğunu tamamilə yaddan çıxarıb”, - iddiasını irəli sürən müəllif Fuad Muradov təkcə fəaliyyətsizliyi ilə yox, həm də şəxsi keyfiyyətləri baxımından Avropada Azərbaycanın nüfuzuna xələl gətirib.
“İsveçrəyə rəsmi səfərlərinin birində Bern şəhərində yerləşən 5 ulduz lüks oteldə yerləşən Fuad Muradov, xüsusi dəvət olunmuş eskort şəxslər ilə əyləniblər. Digər turistlərin ciddi narazılığına səbəb olan davranışlarına görə Fuad Muradov polis tərəfindən saxlanılıb və diplomatik pasportu müvəqqəti əlindən alınıb. Kimliyini dəqiqləşdirdikdən sonra isə İsveçrə höküməti Azərbaycana məsələ ilə bağlı rəsmi nota ünvanlayıb”,-yazıda belə iddia olunur.
Maraqlıdır ki, Fuad Muradov barəsində İsveçrə hökumətinin Azərbaycan səfirliyinə təqdim olunan nota rəsmi Bakıdan gizlədilib. Səfir Xanım İbrahimovanın bu hərəkəti hətta dünya tarixində “mürgü diplomatiyası”nın əsasını qoymaqla ad çıxarmış Elmar Məmmədyarovu da qəflətdən yuxusundan oyandıraraq qəzəbləndirib. Hər halda “Çox maraqlı faktlar” səhifəsi bu iddianı irəli sürərək bildirib:
“Hətta XİN keçmiş naziri Elmar Məmmədyərov bu məsələ haqda xəbər tutduqda, səfirin geri çağırılması məsələsini gündəmə gətirmiş, mövzü mətbutda dəfələrlə yazılmış, amma Fuad Muradovun himayədarları qarşısında aciz qalmışdır.
Fuad Muradovun keçmişi də Komitədəki fəaliyyətsizliyi ilə bir-birini tamamlayır”. //ovqat.com//
Tarix: 6-03-2021, 09:17
-
Bu gün, 10:52
Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
-
Bu gün, 09:57
“Kəpəz Hospital”ın ambulansı xəstə yox, sənəd daşıyırmış...
-
Bu gün, 09:39
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
-
Bu gün, 09:31
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
-
Bu gün, 09:20
“Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq: Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir”.
-
Dünən, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
Dünən, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Dünən, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Dünən, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Dünən, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Dünən, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Dünən, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Dünən, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Dünən, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Dünən, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Dünən, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Dünən, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Dünən, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Dünən, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
10-06-2026, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
10-06-2026, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
10-06-2026, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
10-06-2026, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
10-06-2026, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
10-06-2026, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
10-06-2026, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
10-06-2026, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib