İtkin düşmüş Səhiyyə Nazirimiz


 

Hörmətli oxucular, bu gün, Azərbaycanın gözəgörünməz nazirindən söhbət etmək istərdim. Bəli, bəli…düz tapdınız, söhbət Səhiyyə naziri Oqtay Şirəliyevdən gedir. Sanki dünyaca məşhur illüziyaçı Devid Kopperfild qatarı yoxa çıxardığı kimi, Oqtay Şirəliyevi də yoxa çıxarıb. Bəlkədə hakimiyyət Xoşqədəm Hidayyətqızı vasitəsi ilə Oktay Şirəliyevi axtarışa verib.

Səhiyyə naziri işləyən bir insan iki ilə yaxındır ki, ölkədə tüğyan edən pandemiya səbəbindən, bir dəfə də olsun xalqın qarşısına çıxıb danışmamışdır. Hətta “COVID-19” səbəbindən Beynəlxalq Səhiyyə Nazirliyinin konfranslarında da iştirakı gözə çarpmamışdır. Səhiyyəmiz çox ağır vəziyyətdədir. Ölkədə saxta dərmanlar, saxta həkimlər hökmranlıq edir. Xəstəxanalar isə sanki bir Gömrük komitəsini xatırladır. Görün vəziyyət nə həddə çatıb ki, tibb işçiləri salamı belə insanlara pulla verirlər. Azərbaycanda Operativ Qərargahın çıxışlarında isə ümumiyyətlə bu insandan söhbət belə edilmir. Sanki Oqtay Şirəliyev kiminsə sifarişi ilə nazir vəzifəsində çalışır.

Onun kimliyini araşdıraq; Səhiyyə nazirinin qizi Nərgiz Şirəliyevanın Rusiyada mədəniyyət sahəsində fəaliyyət göstərdiyini hər kəs bilir. Aldığımız məlumatlara görə isə Şirəliyevin qızının ən yaxın rəfiqəsi Rusiyada tanınmış jurnalist Marqarita Simonyandır. Nərgiz hər zaman ermənilərə yaxınlığı ilə seçilən birisi olmuşdur. Bu barədə dəfələrlə Azərbaycan və Rusiya mediyası xəbərlər paylaşmışdır. Bir neçə il bundan öncə isə Nərgiz Şirəliyevin erməni aktyor Armen Ciqarxanyanla görüşməsi və mehriban söhbəti ölkəmizdə səs-küyə səbəb olmuşdu. Ailəlikcə xalqımıza bir xeyri olmayan bu tip naziri çox təəssüf ki, İlham Əliyev və hakimiyyəti hələ də vəzifəsində saxlamaqdadır.

Bu yerdə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin bir sözü yadıma düşdü: O söyləmişdi ki, prezidentliyim dönəmində Rusiya prezidenti Vladimir Putin mənə demişdi ki, ölkəndə sabitlik istəyirsənsə üç nazirliyə mənim adamlarımı təyin etməlisən. Bu sözdən sonra itkin düşmüş Səhiyyə naziri Oqtay Şirəliyevin kimə xidmət etdiyi aydın olur.
Mikayıl Əsədov.
Tarix: 1-03-2021, 16:33
Xəbəri paylaş



Xəbər lenti