Vətəndaş Həmrəyliyi Partiyasının VIII Qurultayından sonra partiyanın idarəetmə strukturu yenidən formalaşıb.Sədr Aparatının formalaşmasından sonra VHP Mərkəzi İcra Aparatına təyinatlar verilib. VHP Sədri Sabir Rüstəmxanlı Samir Əsədlini VHP Mərkəzi İcra Aparatı rəhbəri təyin edib.
VHP sədrinin digər sərəncamı ilə Asif Şəkərli- VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini, Təşkilat Şöbəsinin müdiri, Səlahəddin Əsgər VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini, Mühasibatlıq Şöbəsinin müdiri, Peyman Nəsirli VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri, Şəfəq Qulusoy VHP Ümumi Şöbənin müdiri, İbrahim Quliyev VHP İdeoloji Şöbənin müdiri, Aygün Qurbanlı VHP Qadınlarla İş Şöbəsinin müdiri, Səməndər Mehdiyev VHP QHT-lərlə İş Şöbəsinin müdiri, Elçin Səlcuq Siyasi Partiyalarla İş Şöbəsinin müdiri, İsmi Ağayev Dini Qurumlarla İş Şöbəsinin müdiri, Real Cəfərli VHP Diasporla İş Şöbəsinin müdiri təyin edilib.
Neqativ.com
Tarix: 17-02-2021, 15:24