Rusiya daha təhlükəli prosesə start verdi- HÜQUQŞÜNAS

İndi Rus dili, sonra məktəblər, sonra rusdilli əhalinin təhlükəsizliyi tələbi...
Rusiya Azərbaycan üçün daha nələr hazırlayıb?



“Rus dilinin Qarabağda qondarma rejim rəhbəri tərəfindən rəsmi dil elan edilməsi bir çox qaranlıq mətlələrin üzünü açır, ancaq biz hələ də arzularımızı reallıq kimi görməkdə davam edirik.”
Neqativ.com xəbər verir ki, bunu hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Qarabağda qondarma rejimin rus dilinin rəsmi dil elan edilməsinə münasibət bildirərkən deyib. Hüquqşünas fikrini belə davam etdirib:
“Müzakirə etdiyimiz məsələ nə Ermənistanla, nə də o Araiklə bağlı iş deyil. Təbii ki, Rusiyanın məsuliyyət zonasında razılığı olmadan Araikin belə bir addımı mümkünsüzdür və bu baş verənlər təxribat sayılmamalıdır. Qarabağda rus dili ilə bağlı şahidi olduğumuz proses ümumən Rusiya dövlət siyasətinin tərkib elementi kimi, ən sərfəli və uzun müddətli perspektivə hesablanmış siyasi hədəfli yeni mərhələdir hansı ki, Rusiya bu məlun "dil" kartından Qarabağda da istifadə etmək niyyətindədir. Əlavə olaraq yadımıza salaq ki, Rusiya postsovet ölkələri ərazisində siyasi məqsədləri üçün ən əlverişli vasitə kimi məhz "rus dilli əhalinin müdafiəsi" adı altında faktiki işğalçılıq siyasətini gerçəkləşdirdi. Rusiya Moldovanın Dnestryanı əyalətinə, Gürcüstanın Abxaziya və Osetiyasına, Ukraynanın Krımına və Donbasına ordu yeritməsi məhz rus dilli əhalinin müdafiə altında baş tutub.
Məlumdur ki, Azərbaycanda Qarabağda 44 günlük müharibədən öncə, Rusiyanın rus dilindən bir siyasi vasitə kimi olaraq istifadəsi mümkünsüz idi baxmayaraq ki, məhz Rusiya Qarabağı erməni sifəti ilə 90-cı illərdə işğal etmişdi. Ancaq indi, 44 günlük müharibədən sonra Qarabağda 90-cı illərdən tam fərli bir situasiya meydana gəlib və strateji baxımdan Rusiyanın Qarabağda daimi mövcudluğu ancaq rus dilli əhalinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmini adı ilə mümkün görünür. Artıq məlumdur ki, Rusiya bundan sonra Qarabağda ermənilərə rus vətəndaşlığı verməyi planlaşdırır. Görünən odur ki, baş verənlərə qədər narahatçılıqlarımız tam əsaslı imiş və Rusiya daha təhlükəli prosesə start verdi, təbii ki, növbəti mərhələdə isə yerli erməni əhalisinin rus dilinin kütləvi öyrədilməsi üçün rus dili tədris müəssisələri yaradılacaq.
Ümumiyyətlə tarix sübut edir ki, Rusiya dövləti öz siyasi məqsədləri üçün hər bir mümkün əxlaqi, qeyri əxlaq, mədəni, iqtisadi, sosial, elmi, dil və ədəbiyyatdan geniş istifadə edir. Rus dövləti öz qadınlarından belə siyasi məqsədlərlə istifadəsi artıq dünya miqyasında qəbul edilmiş faktdır. Bu baxımdan rusların Qarabağda rus dilindən siyasi hədəfləri üçün istifadə etməsi tam aydın və şübhəsizdir. Hələ 2019-cu ilə mətbuatda geniş yayımlanmış məqaləmdə rus dilinin Azərbaycan xalqı və dövləti üçün təhlükə mənbəyi olması haqqında yazmışdım və gördüyümüz kimi, heç də yanılmamışam.
Ancaq, o vaxtın və zamanın gələcəyinə əminəm ki, buz də bir dövlət, millət olaraq yolumuzdan dönməyəcək , məqsəd və hədəflərimizə addım-adım yaxınlaşacayıq necə ki, yaxınlaşırıq. Sadəcə bir həqiqət var: Bütün tarix boyu Rusiya Azərbaycanın bir nömrəli problemi və baş ağrısı qalmaqda davam edir. Allah dövlətimizi, xalqınızı qorusun!”
Neqativ.com
Tarix: 17-02-2021, 14:55
Xəbəri paylaş



Xəbər lenti