Qarabağ məsələsində proseslərin artıq həll edildiyini zənn edən Ermənistan rəhbərliyi Türkiyə ilə sərhədlərin açılmasını dilə gətirirlər. Amma maraqlıdır ki, Türkiyəyə qarşı saxta iddialar da davam etdirilir.Bu halda “böyük sülh” necə əldə ediləcək? Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistanın bu siyasəti məntiqsizdir:“Onlar Türkiyəyə qarşı iddialarını da gündəmdə saxlamağa çalışırlar. Bu, Türkiyəyə qarşı ərazi tələbi və qondarma soyqırımın tanınmasıdır. Düşünürəm ki, Türkiyənin Ermənistana ehtiyacı yoxdur. Ermənistanın Türkiyəyə ehtiyacı var.
Məhz bu kontekstdən yanaşdıqda Ermənistan Türkiyəyə qarşı iddiaları geri götürməlidir. İlk növbədə burada Azərbaycan ərazi bütövlüyünü tanımalıdır. Artıq Qarabağ məsələsindən əl çəkməlidir. Əgər, rəsmi İrəvan konsturktiv siyasət ortaya qoyarsa Ankara buna gedə bilər. Məhz Nikol Paşinyan da çalışır ki, sərhədlərin açılmasını təmin etsin. Amma, aşırı millətçilər və diaspora buna qarşıdır”.Politoloq hesab edir ki, regionda gedən proseslərin məntiqi nəticəsi məhz sərhədlərin açılması, iqtisadi və siyasi münasibətlərin qurulmasını diktə edir:
“Amma, yenə də bu Ermənistan rəhbərliyinin mövqeyindən asılı olacaq. Əgər, erməni iddiaları gündəmdə qalacaqsa, imtina edilməyəcəksə, Türkiyə sərhədləri açmayacaq. Hələki bunun üçün bir zəmin yoxdur”.
Tarix: 14-02-2021, 20:55